Keçid linkləri

2024, 26 Dekabr, Cümə axşamı, Bakı vaxtı 16:45

ATƏT yanğınların aradan qaldırılması üçün daha sıx əməkdaşlığa çağırır


ATƏT-in rəhbərlik etdiyi yerli və beynəlxalq ekspertlərdən ibarət missiya Qarabağ regionunda yanğınların qarşısının alınmasında daha sıx beynəlxalq əməkdaşlığa çağırıb. Yanğının ətraf mühitə təsirini öyrənən bu missiyanın rəhbəri Bernard Snoy 10 günlük müşahidələrdən sonra - oktyabrın 13-də Yerevanda bildirib ki, yanğın kifayət qədər geniş əraziləri əhatə edərək ətraf mühitə nəzərəçarpacaq dərəcədə ciddi təsir edib: «Hökumətlər yanğının qarşısını almaq üçün bütün mümkün vasitələrdən istifadə ediblər. Gələcəkdə yanğınlara qarşı önləyici tədbirlərin görülməsi və onların qarşısının alınması sahəsində imkanlar regional və beynəlxalq təşkilatların birgə əməkdaşlığı ilə gücləndirilməlidir».


Missiya yanğına məruz qalan ərazilərdə araşdırmalar aparıb, münaqişə zonasında hər iki tərəfdə rəsmilərlə görüşüb.


Azərbaycanın xahişi ilə BMT Baş Assambleyası 2006-cı il sentyabrın 7-də qətnamə qəbul etmişdi. Qətnamədə göstərildiyinə uyğun olaraq missiyanın hazırlayacağı hesabatda ətraf mühitin qorunması və tərəflər arasında etibar yarada biləcək mexanizmlər barədə məsləhətlər də əksini tapacaq. Həmin sənəd noyabrda ATƏT-in sədrinə təqdim ediləcək. ATƏT-in sədri isə onu 2007-ci il aprelin 30-da BMT Baş Assambleyasına təqdim etməlidir.


Azərbaycan və Ermənistanın da yardım etdiyi missiyaya BMT Ətraf Mühit Proqramının, Avropa Komissiyasının, Avropa Şurası və başqa beynəlxalq təşkilatların ekspertləri də cəlb olunub.


XS
SM
MD
LG