Keçid linkləri

2024, 29 Dekabr, bazar, Bakı vaxtı 21:55

Ağ Ev bildirir ki, Sony Pictures-ə haker hücumu Şimali Koreyadan gəlir


ABŞ bildirir ki, Sony Pictures studiyasına haker hücumun arxasında Şimali Koreya durur.

Ağ Ev bunu Pxenyandan gələn müraciətə cavab olaraq bildirib. Şimali Koreya haker hücumu haqda ittihamları araşdırmaq üçün birgə komissiyanın yaradılmasını təklif edir.

Ağ Evin bəyanatı Federal Təhqiqat Bürosunun araşdırmasının nəticəsinə əsaslanır.

FTB-ningəldiyi nəticəyə görə Pxenyan Sony Pictures-in “Müsahibə” adlı komediyasının nümayişə çıxarılmasının qarşısını almaq istəyir. Həmin komediya Şimali Koreya lideri Kim Jong Un-un öldürülməsi məqsədilə sui-qəsdin hazırlanmasıhadqdadır.

Sony Pictures bu günlərdə filmin premyerasını təxirə salmışdı. Buna görə kəskin tənqidlərlə üzləşən şirkət rəhbərliyi bəyan etmişdi ki, film nümayiş olan yerlərdə terror hədələri aldığından belə qərar verib.

XS
SM
MD
LG