Keçid linkləri

2024, 26 Dekabr, Cümə axşamı, Bakı vaxtı 17:10

XƏBƏRLƏR


«Vəhşi təbiət» layihəsi


«Yeni dalğa» Prodüser Studiyası «Vəhşi təbiət» layihəsini hazırlayır. Bu layihə 12 seriyalı sənədli filmin yaradılmasına imkan verəcək. Beynəlxalq Vəhşi Təbiət Fondunun sifarişiylə çəkiləcək həmin filmlərdə Azərbaycanda yaşayan 12 nadir heyvandan söz açılacaq.




İngiliscədən Azərbaycan dilinə tərcüməyə kompüter yardım göstərəcək


«Bakutel-2006» 12-ci Beynəlxalq telekommunikasiya və informasiya texnologiyası sərgisinə qatılan «İnKoTex» İctimai Birliyi belə tərcümənin ilkin variantını diqqətə yetirib. Maşınla tərcümə üzrə «Dilmanc» işçi qrupunun üzvü Barat Talıbovun açıqlamasına görə, avtomat lüğətdə 35 mindən çox söz və azı 20 min söz birləşməsi toplanıb. Proqram tam istifadəyə veriləndən sonra 150 min söz və söz birləşməsini ingiliscəyə çevirmək mümkün olacaq. Xatırladaq ki, ötən il Azərbaycan dilindən ingiliscəyə tərcüməni kompüterdə gerçəkləşdirən proqram istifadəyə verilmişdi.


XS
SM
MD
LG