Keçid linkləri

2024, 25 Dekabr, çərşənbə, Bakı vaxtı 18:25

BVF Yunanıstana köməyi dayandırdı


Beynəlxalq Valyuta FonduYunanıstana maliyyə yardımını dayandırıb.

Buna səbəb Yunanıstanda hökumətin yaradıla bilməməsidir.

Almaniyanın maliyyə naziri Schaeulbe xəbərdarlıq edib ki, istənilən yeni hökumət əvvəlki hökumətlərin verdiyi vədə əməl etməlidir. Yunanıstanın xilas proqramı 110 milyard avro köməyi nəzərdə tutur.

Dekabrın 29-da Yunanıstan parlamenti 3-cü dəfə prezidenti seçə bilmədi və bu da hökumətiparlamenti buraxmağavadar edir.

Baş nazir Samaras elan edib ki, yeni seçkilər yanvarın 25-də olacaq.

Yunanıstanın səhm bazarı dekbarın 29-da öz dəyərinin 10 faizini itirib.

Çünki yeni seçkidə solçu Syriza partiyasının qalib gələcəyi gözlənilir.

Syriza partiyasının lideri Tsipras elan edib ki, Yunanıstanın qənaət iqtisadi siyasətindən imtina edəcək. Bu siyasət 110 milyardlıq köməyin əvəzində aparılır.

XS
SM
MD
LG