-
Fransanın paytaxtı Parisdə satirik Şarli Yebdu (Charlie Ebdo) jurnalının ofisinə edilmiş silahlı hücumda azı 11 nəfər ölüb.
Onlardan 2-si polis,1-i isə jurnalistdir.
Polis həmçinin 10 nəfərin yaralandığını və onlardan bəzilərinin ağır vəziyyətdə olduğunu deyir.
Agentliklərin məlumatına görə maskalı və silahlıadamlar binaya soxulub və təxminən 5 dəqiqə atışma gedib.
Hadisə yerinə gələn prezident Francois Hollande bunun terror aktı adlandırıb.
Məlumatlara görə prezidentgününün sonunda hökumətin təcili iclasını çağıracaq.
Jurnalın əvvəlki redaksiyası da 2011-ci ilin noyabrındatamamilə yandırılmışdı.
Bu jurnalın islamla bağlı karikaturlar çap etməsindən sonra baş vermişdi.