Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 04:37

Rusiya defolt olsa, bu, Azərbaycana necə təsir edəcək?


Dünyada neft qiymətinin düşməyi ilə Rusiyaya qarşı sanksiyalar bu ölkəyə Qərb liderlərinin ümid etdiyindən də bərk zərbə vurdu. Bunu deyən məşhur amerikalı maliyyəçi George Soros Rusiyanın defolt olacağı barədə xəbərdarlıq edib.

O hesab edir ki, Rusiyada maliyyə böhranı hələ başlanğıc mərhələsindədir.

Xatırldaq ki, defolt - borc öhdəliyinin yerinə yetirilə bilməməsidir, iflasdır.

Britaniyanın Financial Times qəzetinin yazdığına görə, Soros deyir ki, Rusiyaya qarşı sanskiyalar Avropa iqtisadiyyatına da zərər vurur, ancaq bu sanksiyaları yumaşaltmaq düşgün olmazdı.

Soros sanksiyalarla yanaşı Ukraynaya geniş yardım planına da çağırır. Sorosun fikrincə,bu proqram 50 milyard dollar olmalıdır.

Maliyyəçi hesab edir ki, Rusiyanın millətçi ekspansiyasının qarşısını yalnız bu yolla almaq olar.

Çünki Ukraynanın iflası Rusiyada yuxarı dairələrdə sərt xətt tərəfdarlarının mövqeyini gücləndirəcək.

George Soros
George Soros

Soros iki maraqlı fikir də söyləyir. O deyir ki, Avropa Birliyinə daha böyük təhlükə onun şərq sərhəddindəki böhrandan gəlir, nəinki Yunanıstandakı seçkidən.

(Yunanıstanda yanvarın 25-də parlament seçkisidir. Solçu Syriza partiyası qalib gəlsə, Yunanıstan avrozonadan çıxa bilər)

Sorosun başqa fikri odur ki, Avropa Birliyi liderləri hələ də anlamırlar ki, Rusiya Avropa Birliyinin əsasını dağıtmaq istəyir. Rusiyanın daşıdığı ideya odur ki, dünyanı idarə edən qanun yox, güc olsun.

AZƏRBAYCANA TƏSİR

Rusiya defolt olsa, bunun Azərbaycana hansı təsiri olacaq?

İqtisadçı Samir Əliyevin fikrincə, Rusiyanın defolt olması özü-özlüyündə hələ nəzəri ehtimaldır. Rusiya əgər doğrudan da defolt olsa, bu, Azərbaycana 3 istiqamətdə təsir göstərəcək. Bu təsirlər indinin özündə də var. Birincisi, Rusiya 2 milyon azərbaycanlının iş yeridir.

Bu insanlar Azərbaycanın bütün regionlarını təmsil edir.

Ona görə Rusiyada vəziyyətin pisləşməyi həm bu insanların durumunu pisləşdirəcək, həm də regionlara mənfi təsir edəcək.

Samir Əliyev
Samir Əliyev

İkincisi, Azərbaycanın Neft Fondunun Rusiyada aktivləri var. Bu, həm daşınmaz əmlakdır, həm də Rusiyanın VTB bankında səhmləri, payı var. Rublda depozitlər də var idi, onldan imtina olundu. İndinin özündə 500 milyon dollarlıq vəsait var ki, aktiv şəklində yerləşdirilib. VTB bankının vəziyyətinin pisləşməyi ora yatırılan vəsaitə də mənfi təsir göstərir. Rusiyada vəziyyət pisləşdikcə, daşınmaz əmlakın qiyməti aşağı düşür. Neft Fondunun Moskvadakı133 milyon dollarlıq daşınmaz əmlakı da ucuzlaşır. Moskvada daşınmaz əmlak dollar hesabı ilə son bir ildə hardasa 50 faiz ucuzlaşıb.

3-cüsü,Rusiya Türkiyə ilə yanaşı Azərbaycanın əsas xarici ticarət tərəfdaşıdır. Rusiya rublunun son bir ildə belə düşməyi , Azərbaycanın kənd təsərüfatı məhsullarınınRusiyaya ixracını çox çətinləşdirir.Çünki rubl nə qədər ucuzlaşırsa, Azərbaycandan gedən məhsullar bir o qədər bahalı olur. Bu da onların rəqabət qabiliyyətini azaldır.

Bəs Rusiya defolt olsa, bunun Azərbaycana təsiri az olacaq yoxsa çox? Ya dağıdıcı ola bilər?

Samir Əliyev : “Dağıdıcı olmayacaq. O mənada ki, Azərbaycan Rusiyaya borc verməyib ki, indi Rusiya iflas olanda Azərbaycan nəsə itirsin. Azərbaycan Rusiyanın qiymətli kağızlarını da almayıb, Amerikadan fərqli olaraq. Ancaq Rusiya defolt olsa təbii ki, bu, Azərbaycana da mənfi təsir edəcək. “

Gözlə

No media source currently available

0:00 0:08:17 0:00
Direct-ə keçid

XS
SM
MD
LG