Yanvarın 17-nə keçən gecə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi paytaxtda reyd keçirib.
APA-nın məlumatına görə, reyd Bakının bütün rayonlarını əhatə edib və reyddə 100-dən çox yol polisi əməkdaşı iştirak edib.
Reyd zamanı yol polisi tərəfindən çox ciddi qanun pozuntuları aşkarlanıb. Avtomobili sərxoş vəziyyətdə idarə edən 45 sürücü və 7 avtoxuliqan saxlanılıb.
Bundan başqa, müxtəlif qayda pozuntularına yol verən sürücülər inzibati qaydada cərimələnib.