Keçid linkləri

2024, 26 Dekabr, Cümə axşamı, Bakı vaxtı 17:01

Əli Kərimli ilə prokurorluq arasında məhkəmə çəkişməsi başladı


Qarşı tərəf məhkəməyə gəlmədiyi üçün hakim prosesi oktyabrın 30-a təyin etdi
Qarşı tərəf məhkəməyə gəlmədiyi üçün hakim prosesi oktyabrın 30-a təyin etdi

Oktyabrın 20-də Nəsimi Rayon Məhkəməsində AXCP sədri Əli Kərimlinin Nəsimi Rayon Prokurorluğuna qarşı iddiasıyla bağlı məhkəmə prosesi başladı. AXCP sədri rayon prokurorluğunun onun hüquq və azadlıqlarını pozduğunu bildirir. İddiaya səbəb Nəsimi rayon prokurorluğunun Əli Kərimliyə qarşı 1990-cı ilin əvvəlində başlamış və indiyə kimi hələ də bağlanmayan cinayət işidir. Daxili İşlər Nazirliyinin Pasport və Qeydiyyat İdarəsi də buna əsaslanıb Əli Kərimliyə müddəti başa çatmış ümumvətəndaşlıq pasportunun əvəzinə yenisini verməkdən imtina edir.


Qarşı tərəf məhkəməyə gəlmədiyi üçün hakim prosesi oktyabrın 30-a təyin etdi.


Əli Kərimlinin vəkili Tofiq Quliyev bildirir ki, AXCP sədrinə yeni pasport verilməməsi əsassızdır. Çünki, 5 il əvvəl cənab Kərimliyə ümumvətəndaş pasportu verilmişdi. Vəkil hesab edir ki, indi cinayət işinə görə pasport verilməməsi bəhanədir, hakimiyyət bununla AXCP sədrinin xarici ölkələrə səfərlərini qarşısını almaq istəyir.


DİN-dən isə bildirirlər ki, yalnız sözügedən cinayət işi bağlanandan sonra Əli Kərimliyə yeni pasport verilə bilər.


XS
SM
MD
LG