Keçid linkləri

2024, 26 Dekabr, Cümə axşamı, Bakı vaxtı 15:49

Məmur sorğuya 30 yox, 15 günə cavab verməlidir


İnformasiya azadlığı üzrə müvəkkil parlament qarşısında hesabat verəcək
İnformasiya azadlığı üzrə müvəkkil parlament qarşısında hesabat verəcək

Oktyabrın 20-də Milli Məclis «İnformasiya əldə etmək haqqında» qanunun tətbiqi ilə əlaqədar 25 qanunvericilik aktına əlavə və dəyişikliklər etdi. Həmin dəyişikliyə görə bundan sonra məmurlar əvvəlki kimi onlara göndərilən sorğuya 30 gün müddətində deyil 15 gün ərzində cavab verməlidirlər. Əgər məsələnin araşdırmaya ehtiyacı olarsa müəyyən istisnalar mümkündür. Parlamentin Hüquq Siyasəti və Dövlət Quruculuğu Daimi Komissiyasının sədri Əli Hüseynov deyir ki, İnzibati Xətalar Məcəlləsinə edilən əlavələrə görə informasiya əldə etmək haqqında qanunun pozulmasının bütün növlərinə görə inzibati cəzalar və cərimələr nəzərdə tutulub. Yəni informasiya verməyən şəxs inzibati məsuliyyət daşıyacaq.


«Antiinhisar haqqında» qanuna edilən dəyişikliyə görə isə əmtəə bazarında hökmran mövqe tutan şəxslər, təbii inhisarlar hər hansı bir hərəkətlə bağlı 30 gün əvvəl məlumat verməlidirlər. Bununla bağlı alqı-satqı və tender haqqında və s. qanunlara da dəyişikliklər edilib.


«İnformasiya əldə etmək haqqında» qanun yeni müvəkkillik institutunun yaradılmasını - informasiya azadlığı üzrə müvəkkilin fəaliyyət göstərməsini nəzərdə tutur. Milli Məclisin nizamnaməsinə edilən dəyişikliyə görə müvəkkil parlament qarşısında hesabat verməlidir. Hələlik müvəkkili konkret kimin təyin edəcəyi məlum deyil. Amma, onun səlahiyyətlərinə parlamentin spikeri vaxtından əvvəl xitam verə bilər.


Deputat Elmira Axundova isə hesab edir ki, bu məqam informasiya azadlığı üzrə müvəkkilin spikerdən asılı olmasına gətirib çıxara bilər. Elmira xanım gələcəkdə beynəlxalq qurumlar tərəfindən təzyiqə məruz qalmamaq üçün bu dəyişikliyin qəbul olunmamasını təklif etdi. Ancaq sonda həmin dəyişiklik də daxil olmaqla bir sıra qanunlara olunan əlavə və dəyişikliklər qəbul edildi.


«Dövlət sirri haqqında» qanuna edilən dəyişiklikdə görə isə bundan sora ciddi dövlət sirri ilə işləyən şəxs işdən çıxdıqdan sonra onun xarici ölkədə yaşamasına maksimum 5 il məhdudiyyət qoyula bilər.


XS
SM
MD
LG