Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 06:50

Avropa Birliyi Rusiyaya təzyiqləri artırmağa qərar verdi


 Federica Mogherini
Federica Mogherini

Avropa Birliyinin Xarici Əlaqələr Şurası cümə axşamı öz fövqəladə toplantısında Ukraynadakı vəziyyəti müzakirə edib.

Qərara alınıb ki, Rusiyaya qarşı təzyiqlər artırılsın.

Birincisi, ötən ilin martında Rusiyaya tətbiq edilən sanksiyaların müddəti bu ilin sentyabrına qədər uzadılsın. Bu, Krımın anneksiyasından sonra bəzi Rusiya şirkətləri və məmurlarına qoyulan viza qadağaları və bank hesablarının dondurulmasıdır.

Bu barədə Avropa Birliyinin Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali nümayəndəsi Federica Mogherini məlumat verib.

Bundan başqa bir həftə ərzində sanksiya siyahısına salınması üçün yeni şirkət və şəxslərin adları müəyyən ediləcək. Bununla bağlı qərar Xarici Əlaqələr Şurasının fevralın 9-da keçiriləcək iclasında qəbul ediləcək.

Mogherini onu da deyib ki, qərarın üçüncü elementi də var. Avropa Komissiyası Minsk razılaşmasının həyata keçirilməsini təmin etmək üçün digər “müvafiq ölçülərin götürülməsi yönündə hazırlıqlara başlayacaq”.

Avropa Birliyi hesab edir ki, Minsk razılaşmasının şərtlərinə əməl etməyən Rusiya Ukraynadakı separatçıları dəstəkləməyə davam edir.

Mogherini əlavə edib ki, Avropa Birliyi əlavə ölçülərin götürülməsi ilə bağlı qərarı yekdil şəkildə qəbul edib. “Bu bizim gücümüzü göstərir” – deyə Ali Nümayəndə bildirib.

Son günlər separatçılar Ukrayna ordusunun mövqelərinə hücuma başlayıblar.

Hazırda Ukrayna ordusunun 10 min nəfərlik hissələri mühasirəyə düşmək təhlükəsi ilə üz-üzədir.

XS
SM
MD
LG