Keçid linkləri

2024, 26 Dekabr, Cümə axşamı, Bakı vaxtı 06:32

Təhsil Nazirliyi maaş artımına aydınlıq gətirir...


Arxiv fotosu
Arxiv fotosu

-

Prezident İlham Əliyev yanvarın 16-da müəllimlərin əməkhaqqı və dərs yükü ilə bağlı sərəncam imzalayıb. Dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin dərs yükünün və əməkhaqqının artırılması haqdakı sərəncam sosial şəbəkələrdə müzakirə, bəzi hallarda mühabisə mövzusuna çevrilib.

Təhsil Nazirliyi AzadlıqRadiosunun sərəncamla bağlı suallarını cavablayıb.

AzadlıqRadiosu: Sərəncamdan da göründüyü kimi bu sənəd yalnız Bakı müəllimlərinə aiddir, çünki bilik və bacarıqların diaqnostik qiymətləndirilməsindən yalnız Bakıdakı müəllimlər keçib. Digər şəhər və rayonlardan olan müəllimlərin də bu testdən keçməsi və bu sərəncamın bütün müəllimlərə şamil edilməsi planları haqda məlumat verərdiniz.

Arxiv fotosu
Arxiv fotosu

Təhsil Nazirliyi: Bu sərəncam coğrafi məhdudiyyət qoyulmadan, bilik və bacarıqları diaqnostik qiymətləndirmədən keçən bütün müəllimlərə şamil olunur. Sadəcə müəllimlərin sınaq qiymətləndirilməsinin başlanğıc nöqtəsi kimi Bakıdakı ümumtəhsil müəssisələrindən başlanıb. Bakıda respublika üzrə müəllimlərinin 20 faizi işləyir. Mərhələli şəkildə bu prosesə hazır olan regionlarda işləyən müəllimlərlə də diaqnostik qiymətləndirmə aparılacaq və əmək haqlarının artırılması onlara da tətbiq olunacaq.

A.R: Sərəncamda deyilir ki, müəllimlərin dərs yükü və maaşı artırılır. Bəzi iqtisadçılar hesablayıblar ki, əslində artım 2 dəfə yox, 25-33 faiz arasındadır. Sualı konkterləşdirsək. İndi 12 saat dərs yükü üçün Bakı müəllimi nə qədər maaş alır? Bu sərəncamın tətbiqindən sonra 12 saat dərs yükü üçün nə qədər maaş alacaq?

Sərəncamda müəllimlərin maaşının iki dəfə artırılması deyil, onların həftəlik dərs yükü normasının 1,5 dəfə olmaqla aylıq vəzifə maaşlarının orta hesabla 2 dəfə artırılması nəzərdə tutulur...

T.N: Sərəncamda müəllimlərin maaşının iki dəfə artırılması deyil, onların həftəlik dərs yükü normasının 1,5 dəfə olmaqla aylıq vəzifə maaşlarının orta hesabla 2 dəfə artırılması nəzərdə tutulur. Ali təhsil müəssisəsini yeni bitirmiş, 3 ilədək pedaqoji staja malik, yəni 10-cu dərəcə ilə tarifləşən müəllimin hazırda vəzifə maaşı həftəlik 12 saat dərs yükü müqabilində 155 manatdır. Diaqnostik qiymətləndirilmədən keçən müəllim üçün bu məbləğ Sərəncamda qeyd olunan qaydaya müvafiq olaraq artacaq. Konkret olaraq nə qədər artacağı Nazirlər Kabineti tərəfindən 1 stavkaya və tarif dərəcələrinə uyğun əməkhaqqı məbləğləri müəyyənləşdirildikdən sonra məlum olacaq.

A.R: Digər mübahisəli məqamlardan biri odur ki, müəllimlərin sayı çoxdur deyə onlara düşən dərs saatı da azdır. Bu sərəncamda müəllimlərin həm də dərs yükünün artırılmasından söhbət gedir. Təhsil Nazirliyi bunu necə həyata keçirməyi planlaşdırır? İxtisarlar gözlənilirmi?

T.N: Sərəncamda mövcud müəllimlərin dərs yükünün artırılması deyil, həftəlik dərs yükü normasının 1,5 dəfə artımından söhbət gedir. Bu hazırda ümumtəhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsindən keçən müəllimlərin dərs yükünün avtomatik artırılması demək deyil. Sərəncamın icrası ilə əlaqədar müəllimlərin ixtisarı gözlənilmir, amma dərs yükünün mövcud müəllimlər arasında rasional bölünməsi, müəllim-şagird nisbətinin optimallaşdırılması nəzərdə tutulur.

XS
SM
MD
LG