Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 08:35

Azərbaycanın Mədəniyyət Nazirliyi: ""Leviafan"a qadağa qoyulmayıb"


"Leviafan" filmindən kadr
"Leviafan" filmindən kadr

-

"Azərbaycanda "Leviafan" filminə qadağa qoyulmayıb".

Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyinin saytı fevralın 8-də bununla bağlı məlumat yayıb.

Nazirliyin Kinematoqrafiya şöbəsi bildirir ki, Rusiya istehsalı olan "Leviafan" filminin Azərbaycanda nümayişi ilə bağlı nazirlik heç bir qadağa qoyulmayıb.

Contact.az BBC-yə istinadla xəbər yaymışdı ki, Azərbaycan kino izləyiciləri Rusiyada kəskin mübahisəyə səbəb olmuş “Leviafan” filminə baxa bilməyəcəklər.

Xəbərdə deyilirdi ki, Park Cinema kinoteatrlar şəbəkəsinin marketinq üzrə direktoru Musa Axundovun bildirdiyinə görə, yayım firması Azərbaycanda filmi kirayələrdən götürüb.

XS
SM
MD
LG