Şəki, Ağdaş, Masallı, Sabirabad, Oğuz və Göyçay rayonlarında gendən keçən bu irsi qan xəstəliyinə daha çox rast gəlinir.
Bu barədə Talassemiya ilə mübarizəyə dair 2015-2020-ci illər üçün Dövlət Proqramında bildirilir.
Məlumatda deyilir ki, Azərbaycan talassemiyanın geniş yayıldığı ölkələr sırasındadır və hər il respublikada bu xəstəliklə 200-dən artıq uşaq doğulur.
Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, dünyada 250 milyondan artıq talassemiya daşıyıcısı və təxminən 300 min talassemiyalı xəstə var.