Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 20:01

«Şərqi Azəri» yatağından neft hasilatına başlandı


«Əsrin Müqaviləsi» çərçivəsində 30 il ərzində 5,4 milyard barel neft hasil ediləcək
«Əsrin Müqaviləsi» çərçivəsində 30 il ərzində 5,4 milyard barel neft hasil ediləcək

Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti (ABƏŞ) «Şərqi Azəri» yatağından neft hasilatına başlayıb. ABƏŞ-in yaydığı məlumata görə, şirkət bu yataqdan hasilata nəzərdə tutulduğundan 4 ay tez başlaya bilib.


«Şərqi Azəri» dəniz platformasından maksimal stabil hasilat zamanı sutkada 260 000 barel neft hasil ediləcək. Bununla da, «Qərbi», «Mərkəzi» və «Şərqi Azəri» yataqlarında ümumi sutkalıq hasilat 800 000 barelə çatacaq.


1994-cü ildə imzalanan «Əsrin Müqaviləsi» çərçivəsində AÇG yataqlarından 30 il ərzində 5,4 milyard barel neft hasil ediləcək. Yataqların işlənməsi bir neçə fazada həyata keçirilir. Sonuncu faza «Günəşli»nin dərin sulu hissəsinin işlənməsi olacaq və bu işlərə 2008-ci ildə başlanacaq.


XS
SM
MD
LG