Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 16:13

Qazaxda Şəhidlər Xiyabanı baxımsızlıqdan uçulur…


Qazaxda Şəhidlər Xiyabanı baxımsızlıqdan uçulur…
Gözlə

No media source currently available

0:00 0:04:45 0:00

Qazaxda Şəhidlər Xiyabanı baxımsızlıqdan uçulur…

-

Qazaxda Şəhidlər Xiyabanı uzun müddətdir ki, baxımsız qalıb. Yerli camaat və veteranlar bunu vətən uğrunda həlak olanların ruhuna hörmətsizlik kimi qiymətləndirirdilər. Ancaq rayon rəhbərliyi Şəhidlər Xiyabanını abadlaşdırılması, yenidən qurulması üçün hələ ki, addım atmır.

Veteranlardan Fəzail Əliyev deyir:

«Orada uyuyanlar bizim azadlığımız və vətənimiz uğrunda canını fəda edən övladlarımızdır. Onlara qarşı bu cür diqqətsizlik olmamalıdır. Milyonlarla dövlətin pulu var. Bir xiyabanı abadlaşdırmaq nə çətin işdir ki, bu qədər müddət yubadırlar? Rayon rəhbərliyinin başı meşələri qırıb satmağa qarışıb. Bir maraqlanmır ki, bu məzarlıqda vəziyyət necədir».

«DÖYÜŞDÜYÜMƏ HEYFSİLƏNİRƏM»

Veteranlardan Sübhan Məmmədov isə deyir ki, rəhbərlik çox cüzi miqdarda xərc çəksə, xiyaban təmir olunar:

Qazaxda Şəhidlər Xiyabanı
Qazaxda Şəhidlər Xiyabanı

«Burada uyuyanlar mənim silah yoldaşlarımdır. Qəbirdaşıları sınıq-sınıqdır. Bir-iki qəbir yox, demək olar, bütün qəbirlər belə vəziyyətdədir. Bu məzarlıqda mən də ola bilərdim. Allah istəyib sağ qalmışam, indi onlara edilən bu hörmətsizliyi görüb döyüşdüyümə heyfsilənirəm».

Qazax rayonunun başqa bir sakini Yolçu Qorçuyev isə deyir ki, xiyabanabaxımsız münasibət çoxdandır davam edir:

«Dəfələrlə yerli icra hakimiyyətinə, bələdiyyəyə iradımızı bildirmişik, baxan yoxdur şikayətlərimizə».

Qazax rayon İcra Hakimiyyətindən bildiriblər ki, görüləcək təmir işlərinin siyahısına Şəhidlər Xiyabanının abadlaşdırılması məsələsi də daxildir: «Rayonda bu işlər planlaşdırılmış və növbəli şəkildə aparılır. Yerli icra hakimiyyəti yaxın vaxtlarda xiyabanın təmir-tikintisi ilə də məşğul olacaq».

XS
SM
MD
LG