Keçid linkləri

2024, 23 Noyabr, şənbə, Bakı vaxtı 06:32

Avropa Birliyi Rusiyaya qaqrşı sanksiyaları genişləndirib


Foto arxiv
Foto arxiv

Avropa Birliyi Ukrayna böhranına görə Rusiyaya qaqrşı sanksiyaları genişləndirib.

Fevralın 16-da qara siyahıya 19 fiziki və 9 hüquqi şəxsin adları əlavə edilib.

Söhbət həmin şəxslərə qarşı viza qadağası və onların bank hesablarının dondurulmasından gedir.

Yeni siyahıya Rusiya daxili işlər nazirinin iki müavini, Rusiya Silahlı Qüvvələri Baş Qərargah rəisinin müavini, 2 deputat və müğənniIosif Kobzon və 15 rusiyapərəst separatçı daxildir.

Avropa Birliyi ümumilikdı 152 rusiyalı və 37 ukraynalıya qarşı bu cür sanksiyalar tətbiq edib.

Fevralın 12-də Minskdə tərəflər Ukraynanın şərqində atəşkəs və ağır silahların geri çəkilməsi barədə razılıq əldə etsələr də atəşkəs rejiminin pozulduğu müşahidə olunur.

Avropa Şurasının prezidenti Donald Tusk sammit zamanı bildirib ki, əgər razılaşmnanın şərtləri pozulsa Avropa Birliyi daha kəskin sanksiyalar da daxil olmaqla yeni tədbirlər görə bilər.

XS
SM
MD
LG