"ABŞ-la Azərbaycan arasında enerji sahəsində əməkdaşlıq əla vəziyyətdədir".
APA-nın məlumatına görə, bunu ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Victoriya Nuland fevralın 17-də Bakıya səfəri zamanı deyib.
O bildirib ki, iki ölkə arasında həyata keçirilən ilk layihə Bakı-Tbilisi-Ceyhan neft kəməri olub və hazırda Cənub Qaz Dəhlizi layihəsi üzərində birgə iş aparılır.
Bu, Avropa, Azərbaycan və ABŞ-ın birgə layihəsidi və bunun ücüb=n Avropa ilə sıx əlaqəər qurulmasını istəyirik- deyə o vurğulayıb.
Victoria Nuland bildirib ki, prezident İlham Əliyevlə görüşdə iqtisadiyyatın şaxələndirilməsi, informasiya texnologiyaları, nəqliyyat və kənd təsərrüfatı sahələrində əlaqələrin genişləndirilməsi məsələrini müzakirə ediblər.