-
Fevralın 16-dan Mərkəzi Bankın İdarə Heyəti məzənnə siyasətində ikitərəfli məzənnənin hədəflənməsindən valyuta səbəti dəyərinin hədəflənməsinə keçid barədə qərar qəbul edib.
Fevralın 17-də səhər tezdən Bakıdakı valyutadəyişmə məntəqələrində manatı dollara dəyişənlərin artımı müşahidə olunur.
Elə Mərkəzi Bankın Sədri Elman Rüstəmov fevralın 15-də «Financial Times» qəzetinə müsahibəsində dəyib ki, əhalinin maraqları nəzərə alınmaqla manat tədricən ucuzlaşacaq.
Manatın ucuzlaşması Facebook-da da müzakirələrə səbəb olub. Bir neçə saat əvvəl yaradılmış #manatadestek hashtag-ına onlara insan qoşulub. #manatadestek kampaniyasını başladan Rəşad Camal adlı gənc belə yazır:
«Hər kəs Manata dəstək üçün manatla şəklini çəkərək #manatadestek hashtag-i ilə paylaşsın. Dövlət manatın arxasında. Biz də mənəvi dəstəyimizi verək, vətəndaşlıq borcumuzu yerinə yetirək»
Kampaniyaya qoşulanlar belə fotolar çəkib, paylaşırlar: