Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 19:54

Bu həftədən qəzetlər birgə etiraz kampaniyasına başlayacaq


«Azadlıq» qəzetinin yerləşdiyi binadan çıxarılması cəhdləri pislənilir
«Azadlıq» qəzetinin yerləşdiyi binadan çıxarılması cəhdləri pislənilir

Bir qrup müstəqil və müxalifətyönlü qəzetlərin redaktorları, eləcə də jurnalist qurumları «Azadlıq» qəzetinin yerləşdiyi binadan çıxarılması cəhdlərini pisləyiblər. Onlar bunu mediaya qarşı təzyiq kimi qiymətləndirib gələn həftədən bəzi etiraz tədbirləri keçirməyi planlaşdırırlar. Sözügedən qəzetlərin və jurnalist təşkilatlarının oktyabrın 24 yayımlanan bəyanatında deyilir ki, bu həftədən etibarən qəzetlər birgə etiraz kampaniyasına başlayacaq, piket keçirmək üçün Bakı meriyasına müraciət edəcək, diplomatik korpus nümayəndələri ilə görüşəcək, məsələnin hüquqi yolla həllinə çalışacaqlar. Onların oktyabrın 23-də imzaladıqları birgə bəyanatda həmçinin bildirilir ki, ANS telekanalına qarşı təzyiqlər və hakimiyyətin Azərbaycan ərazisində BBC, «Azadlıq» radiosu və «Amerikanın Səsi»nin radio verilişlərinin retranslyasiyasını qadağan etmək niyyətindən də narahatdırlar.


Oktyabrın 14-də mətbuat konfransı keçirən Milli Teleradio Şurasının sədri Nuşirəvan Məhərrəmli bildirib ki, yanvarın 1-nə qədər yerli radiolara verilmiş tezliklərdə yayımlandıqları üçün BBC, «Azadlıq» və «Amerikanın səsi» radiostansiyalarının yayımı dayandırılacaq.


«Azadlıq» qəzeti yerləşdiyi binadan çıxarılmaq təhlükəsiylə üzləşib. Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi redaksiyanın yerləşdiyi Xaqani küçəsindəki binanın boşaldılaraq bu quruma verilməsi barədə 1 Saylı İqtisad Məhkəməsində iddia qaldırıb.


XS
SM
MD
LG