Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 00:58

«İslam Dövləti» islamçıdır, ya deyil?


«İslam Dövləti» yaraqlısı
«İslam Dövləti» yaraqlısı

-

Prezident Barack Obama-nı tənqid edirlər ki, «İslam Dövləti» kimi silahlı qruplaşmaları «islamçı ekstremizm»də ittiham etməyə meyl göstərmir, daha ümumi ad seçir – «zorakı ekstremizm». Tənqidçiləri də deyirlər ki, adını çəkmədiyin düşmənlə savaşa bilməzsən. Hətta tərəfdarları onun yanaşmasını həddən artıq «professorsayağı» adlandırırlar. «Washington Post»da Fareed Zakaria yazır ki, prezident qəsdən, siyasi və strateji səbəblərdən dini məsələyə toxunmur:

«İŞİD kimi də tanınan qrupu islamçı adlandırmağın praktik nəticəsi nə olacaq ki? Qərb onun başına daha çox bomba tökəcək? Onunla savaşa daha çox əsgər göndərəcək? Yox, əksinə, bir çox müsəlman dinlərinin ədalətsiz yerə qaralandığını düşünəcək. Həm də müsəlman liderləri «İslam Dövləti»nin İslamı təmsil etmədiyini deyirlər».

«Ancaq «İslam Dövləti» islamçıdır. Həm də qatı», - bunu isə Graeme Wood bu yaxınlarda yazıb. Müəllif bu qruplaşma üzvlərinin dini ideologiyaya inandıqlarını qeyd edir. Necə ki, bəzi kommunistlər kommunizmə inanırdılar. Wood yazır ki, «İslam Dövləti» yaraqlıları İslamın öz məqsədlərinə xidmət göstərən versiyasını icad ediblər.

İdeologiyalarla bağlı maraqlı məqam onların istənilən zaman kəsimində necə uğur qazanmasıdır. İdeologiya hətta digər iflasa uğramış birini əvəzləyəndə də uğur qazanır. İdeologiyaların savaşını 22 yaşlı Islam Yaken-in həyatında görmək olar. Misirdə siyasi çaxnaşma yarananda o, iş tapa bilmir və ölkədən çıxmaq istəyir. İndi Suriyada İD sıralarında döyüşür. Sonuncu Ramazanda başı kəsilmiş meyitlə fotosunu paylaşıb və yazıb ki «itlərdən birinin meyiti olmasaydı, bayram bitkin sayılmazdı».

Yuliya Tymoshenko
Yuliya Tymoshenko

«Islam Yaken dindardır. Ancaq oraya necə gedib çıxıb, sual budur. Onu oraya hansı qüvvələr aparıb? Onu islamçı adlandırmaqla bu sualların heç birini anlamaq olmur».

MİNSK 2.0 UKRAYNANI XİLAS EDƏ BİLƏRMİ?

Ukraynanın keçmiş baş naziri Yuliya Tymoshenko project-syndicate.org-da Minskdə imzalanmış sülh sazişindən yazır. Müəllif qeyd edir ki, yeni saziş Rusiyanın Krımı işğal etdiyi gündən təxminən bir il sonra imzalanıb. Bu arada minlərlə ukraynalı öldürülüb, öz ölkəsində qaçqına çevrilib:

«Ümid edirəm ki, yeni saziş, nəhayət, Ukraynaya sülh gətirəcək. Ancaq çətin, çünki razılaşmanın tətbiq mexanizmi yoxdur. Məsələn, Rusiya sazişin hansısa aspektinə əməl etməzsə, SWIFT maliyyə transferi sistemindən avtomatik çıxarılması belə bir mexanizm olardı. Kremlin «xoş niyyətinə» inam ehtiyatsızlıq deməkdir».

Tymoshenko təklif edir ki, Minsk sazişi iflasa uğrasa, aydın strategiya və fəaliyyət planı hazırlansın – Ukraynaya döyüş silahları verilsin; Kreml rəhbərlərinə Haaqa məhkəməsində ittihamlar irəli sürülsün və sairə.

«Vaxtilə Lenin deyirdi ki, kapitalistlər satacaqları kəndirlərlə asılacaqlar. Bu gün Avropa hökumətləri Putin-ə imkan verirlər ki, AB-ni dağıtmaq üçün səslər qazansın».

Putin balıq tutur.
Putin balıq tutur.

Müəllif azlıqda olsalar da, bəzi avropalıların Putin-in AB və NATO-nu bölmək strategiyasını bölüşdüyünü vurğulayır.

RUSİYA BUNU «ETMƏLİDİR». RUSİYA ONU «ETMƏLİDİR». SONRA NEYLƏSİN?

Keçmiş diplomat Charles Crawford «The Telegraph» qəzetində yazır ki, Ukrayna hadisələri Britaniyada dalbadal bəyanatlara səbəb oldu. Müdafiə naziri Michael Falon xəbərdarlıq edir ki, Vladimir Putin NATO-nun şərq sərhədindəki Baltik ölkələrinə gizli hücumlara keçə bilər və NATO buna hazır olmalıdır. Elə bil, vəziyyət ciddiləşir axı..

«Mən belə «etməlidir» bəyanatlarını heç sevmirəm. Rusiya niyə Minsk sazişinə əməl «etməlidir»? Düzdür, söz verib. Ancaq sözünü tutmasa, nə edəcəyik?».

Belə yazan keçmiş diplomatın fikrincə, hazırda Avropanın təhlükəsizliyinə böyük təhlükə odur ki, Vladimir Putin-in siyasəti müəyyən deyil. Onun nəyi, niyə istədiyi bəlli deyil.

«Qeyri-müəyyənlik, Rusiya da daxil olmaqla, hamımız üçün pisdir! Rusiya hazırkı siyasətinə son «verməlidir»! O, müəyyənlik naminə bizimlə «işləməlidir»!» - müəllif yazır.

XS
SM
MD
LG