Oktyabrı 25-dən Azərbaycanda «quş qripi»nə qarşı mübarizə tədbirlərinə başlanır. Kənd Təsərrüfatı Yanında Dövlət Baytarlıq Xidmətinin verdiyi məlumata görə, öncə Pirallahı, Abşeron, Dəvəçi və Salyandakı qoruqlarda və ölkədəki quşçuluq fabriklərində monitorinqlər aparılacaq, quşlardan nümunələr götürüləcək. Noyabrın əvvəlində açıqlanacaq nəticələrdən sonra isə, konkret profilaktik tədbirlərə başlanacaq.