Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 17:20

Erdogan haqda şeir paylaşan gözəl 2 illiyinə həbs edilə bilər- [Fotolar]


Merve Buyuksarac
Merve Buyuksarac

-

Türkiyənin keçmiş gözəllik kraliçası Merve Büyüksaraç sosial mediadakı postlarına görə iki il müddətinə azadlıqdan məhrum edilə bilıər.

Prokurorlar onun prezident Recep Tayyip Erdoğanı təhqir etdiyini iddia edirlər.

Prokuror Umut Tepe-nin tələbindən sonra belə bir qərarı İstanbulun birinci instansiya məhkəməsi qəbul etməlidir.

2006-cı ildə keçirilmiş gözəllik yarışının qalibi olmuş Büyüksaraç yanvar ayında özünün İnstagram hesabında paylaşdığı satirik şeir parçasına görə sorğu-sual edilib. Şeirdə Erdogan-ın rüşvətxor və dövlət əmlakını talayan məmur obrazı yaradılıb.

Prokurorlar Türkiyənin dövlət himninə yazılmış bu nəzirədə Erdoğanın təhqir olunduğunu iddia edirlər.

Büyüksaraçın vəkilləri isə deyirlər ki, o şeiri sadəcə olaraq paylaşıb və bu ittiham ifadə azadlığının əleyhinədir.

Hazırda dizayner kimi fəaliyyət göstərən Büyüksaraç məhkəməyə deyib ki, o, “Uykusuz” jurnalından paylaşdığı şeir parçasını dərhal öz səhifəsindən silib, ona qarşı məhkəmə dava açılması qəribədir, çünki sosial şəbkələrdə şeiri yüz minlərlə insan paylaşıb.

Türkiyə gözəli prezidenti təhqir etməsini inkar edir.

XS
SM
MD
LG