Keçid linkləri

2024, 25 Dekabr, çərşənbə, Bakı vaxtı 06:08

Anası “Cihadçı John”un səsini tanıyıb


Mohammad Emwazi - "Cihadçı John"
Mohammad Emwazi - "Cihadçı John"

İslam Dövləti təşkilatının qərbli girovlarının başlarını kəsdiyi iddia olunan və mediada “Cihadçı John” kimi təqdimedilən Mohammed Emwazi-nin anası bildirib ki, o, girovların edamına aid videolardakı səsin oğluna məxsus olduğunu dərhal başa düşübmüş.

26 yaşlı Emwazi-nin valideynləri Küveyt hakimiyyət orqanlarına bildiriblər ki, onların oğulları ilə son əlaqəsi 2013-cü ildə telefon vasitəsilə olub.

O vaxt Türkiyədən zəng edən Mohammed Suriyaya humanitar işdə çalışmaq üçün gedəcəyini deyibmiş.

Bu arada Britaniyanın təhsil departamenti onun oxuduğu və daha 6 orta məktəbdə yoxlamalara başladığını bildirib.

Emwazi orta təhsilini Londonun şimalındakı Quintin Kynaston akademiyasında alıb.

O 1988-ci ildə Küveytdə doğulsa da, valideynləri əslən İraqın cənubundakı “dövlətsiz ərazi”dəndirlər.

Ötən həftəsonu Britaniya mediası “Cihadçı John”un ilk maskasız fotosunu dərc edib.

XS
SM
MD
LG