Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 22:47

Güllələnmə yaşı


Rüfət Əhmədzadə
Rüfət Əhmədzadə

-

Rüfət Əhmədzadə

Güllələnmə yaşı

Gözlərini yum, sevgilim,
Sən heç yerə getmirsən,
Sadəcə, gözüyumulu yola sal...
Güllələnmə yaşına doğru məni.
Əllərini çiynimə vur, həvəsləndir,
ilhamlandır...
Uşaqdır da, Allah saxlayar onu...
Məni Allah onun üçün gözdağı saxlamasın.
Gözlərini yum, bircə anlıq, əziziim!...
Nə qədər gözəl anlar keçirmişdik səninlə...
Hamısı da şirin xəyalllar, ümidlərlə dolu...
Keçmişimiz hey gələcək planlarla bəzənib...
Gələcəyə bəzəyimiz iztirablarımızdır.
Gözlərini yum, nolar...
Sənin üzünə baxmaq necə ağırdır mənə.
Güllələnmə yaşıma cəmi 2-3 ay var,
Kürəyimdən itələ,
Bir az da sürətləndir...
Addımlarım iti olsun...
Barı ölümə doğru.
Yaşamağa gecikdiksə, nə olsun...
Gör nə qədər arzu qurduq...
Hərəsi min ömürlük.
Nə qədər böyüməyib,
Nə qədər ağlı kəsmir...
Qoy fəxr etsin, heç olmasa,
Ölümün üzünə dik baxan atası ilə...
Amma alınmır, gülüm....
İndiki cəlladların silahı da başqadır,
Onlar adamı maaşla,
Təqaüdlə, qonorarla öldürür.
Onlar adamı işsizlik qorxusuyla çürüdür.
Bir üsyan et, sevgilim...
“Sənə daha ehtiyacım yoxdur” de!
Bəlkə cəlladları tərksilah etdik...
Güllələnmə yaşıma azadlığımla girim...
Bir köhnə pencəyimlə.
Sonrası necə olacaq bilmirəm...
Güllələnmə yaşları şairlər üçün xəcalət dövrüdür.
Bu da keçər, sevgilim!...
Gəl, yumaq gözlərimizi,
Soyuducunun səsini dinləyək!

XS
SM
MD
LG