Alimlər iddia edirlər ki, efiopiyalı tələbə Chalachew Seyoum tərəfindən tapılmış çənə sümüyü fraqmentinin ən qədim insana məxsus olduğuna inanırlar.
Onalr qeyd edirlər ki, 2, 8 milyon il yaşı olan tapıntı indiyədək insana bənzər canlıların ən qədimi hesab edilən primat növündən 400 min il yaşlıdır.
Tədqiqat qrupunun rəhbəri, Nevada Universitetindən professor Brian Villmoare-ın fikrincə tapılmış çənənin sahibi insanın ayaq üstə qalxdığı keçid mərhələnin təmsilçisidir. Ona qədər insana bənzər varlıqlar dörd ətrafları üzərində gəzirdilər.
Bu insana bənzər primatlara aid 3, 2milyon yaşlı sümüklər 1974-cü ildə aşkar edilib.
Beləliklə, Efiopiyada tapılmış çənə sümüyü primatlardan ibtidai insanlara qədər 2 milyon illik boşluğu doldurub.