Keçid linkləri

2024, 26 Dekabr, Cümə axşamı, Bakı vaxtı 04:29

Kişilər burqa geyinib qadın zorakılığına etiraz etdilər


-

Burqa geyinmiş qadınlar Əfqanıstan üçün adi mənzərədir, amma bu geyimdə kişi görmək nadir haldır.

Kabulun küçələrində gənc fəallar qadınlara qarşı zorakılığa diqqət cəlb etmək üçün burqa geyiniblər.

8 mart Beynəlxalq qadınlar bayramı öncəsi gənclərin keçirdiyi aksiya kişilərin dominant rol oynadığı, dini baxışların dərin olduğu, inkişafa baxmayaraq, qadınların öz hüquqlarını əldə etmək üçün bir çox əngəllə üzləşdiyi bir ölkədə təəccüblə qarşılanıb.

Əksəriyyəti kişilər olan etirazçılar Əfqanıstan Müstəqil İnsan Hüquqları Komissiyasının Kabuldakı ofisinin yaxınlığında toplaşıblar və bu sözlər yazılmış şüar qaldırıblar: “Biz bütün zorakılıqlara “yox” deyirik". "Qadınlar burqa geyməyə məcbur edilə bilməz".

Bundan əvvəl qadın sənətçi və fəal Kabulda küçə təcavüzünə qarşı etiraz olaraq metaldan paltar geyinmişdi. Onun bu paltarda küçələrdən keçdiyini əks etdirən video-süjet sosial şəbəkələrdə geniş yayılıb.

Əfqanıstanda qadınlara qarşı küçə təcavüzi, məişət zorakılığı, ictimai təhqir, turşu atmaq adi haldır. Human Rights Watch-un ötən ilki hesabatında deyilir ki, işgüzar qadınlara və ictimai həyata qatılan qadınlara qarşı seksual təcavüz ciddi problemə çevrilib. Təşkilatın hesabatında bildirilir ki, “qadın və qızlar üçün küçə təcavüzü adi haldır, polisə müraciət edəndə isə təhqir olunurlar və faktiki heç bir kömək ala bilmirlər”.

Martın 5-də prezident Ashraf Ghani 8 mart bayramı münasibətilə keçirilən tədbirdəki çıxışında qadınlara qarşı zorakılığı pisləyib.

XS
SM
MD
LG