Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 08:37

“Oscar”ın kimə verilməsini münsiflər yox, onların qulluqçuları müəyyən edir?


Bu il "Ən yaxşı xarici film" nominasiyasında "İda"sı ilə qalib olmuş Pawel Pawlikowski.
Bu il "Ən yaxşı xarici film" nominasiyasında "İda"sı ilə qalib olmuş Pawel Pawlikowski.

-

Britaniyalı film tənqidçisi Barry Norman “Oscar” mükafatının obyektivliyinə şübhə etdiyini bildirib.

O “Radio Times”a deyib ki, Amerika Kino Akademiyasının “6000-dən çox peşəkar kino xadimi” deyə reklam etdiyi münsiflərin heç də hamısı mükafata iddialı filmlərə şəxsən baxmır.

Barry Norman-ın sözlərinə görə, xüsusən yaşlı münsiflər bu işi evlərindəki qulluqçulara tapşırırlar və qulluqçular filmlərə DVD-də baxıb öz rəylərini münsifin rəyi kimi səsvermə anketinə yazıb Kino Akademiyasına göndərirlər.

Bu ilk dəfə deyil ki, “Oscar” səsverməsi tənqid edilir. İngilis müğənnisi və bəstəkarı Chris Martin də etiraf edib ki, bir zamanlar həyat yoldaşı olmuş aktrisa Gwyneth Paltrow-nun əvəzində səsvermə anketini doldurub:

“Təlimatı oxudum, orda deyilirdi ki, ən çox xoşunuza gələn 5 filmin, aktyorun adını sırayla qeyd edin.

Beləcə səsimi Mickey Rourke-a verdim...”

Chris Martin
Chris Martin

Film tənqidçisi Billy Norman builki “Oscar” mərasimi öncəsi yazmışdı ki, “Oscar”a namizəd olmağın özü də qələbədir. Amma elə ki iş gəlib qaliblərin seçilməsinə çatır və kateqoriyalar üzrə səslər verilməyə başlanır, onda bu proses təsadüfi seçimdən uzağı bir balaca fərqlənir. Səs verənlərin şəxsən kimə rəğbət bəsləməsi, kimdən zəhləsi getməsi prosesə öz təsirini göstərir. Sən kiməsə yalnız ona görə səs verə bilərsən ki, o nə vaxtsa çəkiliş meydançasında səninlə xoş davranıb”.

“İndependent” qəzeti yazır ki, Normanın gündəmə gətirdiyi “qulluqçu söhbəti” 2011-ci ildə “Yardım” filminin 4 nominasiyada necə qalib gəldiyini də izah edə bilər.

Film 1963-cü ildə ABŞ-da qaradərililərin haqları uğrunda mübarizə hərəkatı dövründə bir ağdərili qadının iki qaradərili qulluçu ilə münasibətlərindən bəhs edir.

Həmin film gözlənilmədən “Ən yaxşı film”, “Ən yaxşı aktrisa” və digər iki nominasiyada qalib olmuşdu.

XS
SM
MD
LG