Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 19:30

Azərbaycanlı fəallar və jurnalistlər beynəlxalq mükafat aldı


Arxiv fotosu
Arxiv fotosu

.

Martın 18-də Index on Censorship təşkilatı 2015-ci il İfadə Azadlığı Mükafatını təqdim edib. Azərbaycanlı jurnalistlər və fəallarla xüsusi mükafat təqdim olunub.

Index on Censorship təşkilatı artıq1 15-ci ildir bu mükafatı senzura və ifadə azadlığına başqa təhlükələrlə mübarizə aparanlara verir.

Xüsusi mükafat azərbaycanlı jurnalistlər və fəallara təqdim olunub. Qurum qeyd edir ki, bu şəxslər ya həbsdədur, ya ölkədən çıxıb, ya da gizlənib. Mükafatı Azərbaycandan jurnalist İdrak Abbasov qəbul edib. O, özü də ötən il Azərbaycandan çıxmağa məcbur olub.

Idrak Abbasov 2009-cu ildə döyülüb xəstəxanada yatarkən
Idrak Abbasov 2009-cu ildə döyülüb xəstəxanada yatarkən

“Dünya ictimaiyyətini Azərbaycana kömək etməyə çağırıram... həmkarlarımızın buraxılmasına, ölkəmizin azad yaşaya biləcəyimiz normal dövlətə çevrilməsinə yardım edin,” - deyə İdrak Abbasov video çıxışında bildirib.

Index on Censorship-un bu ilki mükafatını alanlar içində Kenyadan qadın fəal, Səudiyyə Ərəbistanından jurnalist, mərakeşli reper var. Münsiflər heyətinə isə türkiyəli yazıçı Elif Shafak da daxildir.

Təkcə ötən il Azərbaycanda 20-dən çox siyasi fəal, hüquq müdafiəçisi, jurnalist və bloqqer həbsə atılıb. Hüquq müdafiə təşkilatları həmin şəxslərin məhz tənqidi fikirlərinə görə susdurulduqlarını deyirlər.

Hakimiyyət təmsilçiləri isə Azərbaycanda söz ifadə azadlığına heç bir problem olmadığını, ölkədə çoxdan senzuranın ləğv edildiyini bildirir, tutulan bəzi ictimai fəallar və media təmsilçilərinin isə konkret cinayətlərə görə saxlandıqlarını iddia edir.

XS
SM
MD
LG