Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 01:56

BP Şirkətinə 12 min 300 manatlıq iddia


BP-nin loqosu
BP-nin loqosu

-

Ekologiya və Təbii Sərvətlər Nazirliyi BP Şirkətini məhkəməyə verərək 12 min 300 manat məbləğində iddia qaldırıb.

Nazirliyin mətbuat xidmətindən APA informasiya agentliyinə bildirilib ki, BP-yə aid qazma platformalarından birindəki quyuda aparılan əməliyyat işləri zamanı qazma məhlulu Xəzər dənizinə dağılıb: “Qazma prosesində texnoloji prosesin tərkib hissəsi olan boru kəmərinin quyuya endirilməsi zamanı texnoloji reqlament normalarının pozulması nəticəsində su əsaslı qazma məhlulu 530 metr dərinlikdə dənizin dibinə dağılıb. Nazirliyin əməkdaşları tərəfindən məhlul axıdılan yerdən və axıdılma mənbəyinin ətrafından nümunələr götürülüb. Ekotoksikoloji və analitik təhlillər də aparılıb. Təhlillərin nəticəsinə görə, dənizin neft və digər toksiki maddələrlə çirklənməsi aşkarlanmayıb. Lakin qazma məhlulunun tərkibində aşağı toksikliyə malik maddələrin olduğu müəyyən edilib. Faktla əlaqədar BP Şirkətinə qarşı 12 min 300 manat məbləğində iddia qaldırılıb”.

Martın 5-də Xəzər dənizində “İstiqlal” Üzən Dəniz Qazma Qurğusundan “Ultradril” su əsaslı qazma məhlulunun quyunun qazılması zamanı dənizə axıdılması faktı ilə bağlı nazirlik araşdırmaya başlamışdı.

BP faktı etiraf edir, amma bunu zərərsiz sayır

BP Azərbaycan isə yerli mətbuata bildirib ki, martın 5-də “Şahdəniz”də qazma əməliyyatları zamanı suyun 537 metr dərinliyində dənizin dibinə qazma məhlulu sızıb. Şirkətin mətbuat xidmətinin rəhbəri Tamam Bayatlı bildirib ki, quyu qazılan zaman qazma məhlulundan istifadə olunur: “Qazma məhlulu olmadan quyu qazmaq olmaz. Qazma məhlulu sintetik və su əsaslı olur. Biz qazarkən su əsaslı qazma məhlulundan istifadə edirik. Martın 5-də suyun 537 metr dərinliyində dənizin dibinə qazma məhlulu sızıb. Su əsaslı məhlul zərərsiz hesab olunur, əsasını su təşkil edir. Normal halda da bu cür su əsaslı qazma məhlulu durulaşdırılaraq dənizə tökülə bilir. Çünki su əsaslı qazma məhlulu tam zərərsiz hesab olunur. Toksiklik səviyyəsi çox aşağıdır. Təbii şəkildə tez bir zamanda bioloji parçalanmaya məruz qalır. Belə sızma olarkən dərhal müvafiq orqanlara xəbər verilir. Müvafiq orqanlar Azərbaycanın Ekologiya və Təbii Sərvətlər Nazirliyidir və Dövlət Neft Şirkətidir. Müvafiq tədbirlər də görülüb”. ​

XS
SM
MD
LG