Keçid linkləri

2024, 18 Oktyabr, Cümə, Bakı vaxtı 07:11

Orxan Pamukdan yeni kitab müjdəsi


Orxan Pamuk
Orxan Pamuk

-

Nobel mükafatlı türk yazıçısı Orxan Pamuk "Kafamda Bir Tuhaflık" adlı son romanından sonra yeni kitaba başladığını və artıq ilk cümləsini yazdığını açıqlayıb.

İzmirdə oxucuları ilə görüşən Pamuk deyib ki, o, yazdığı romanların texnikası üzərində çox baş sındıran yazarlardandır: "İlk cümlə mənim üçün çox mühümdür. Romanın üslubu, içində olan hər şeyi ilk cümlədə söyləmək istəyirəm. Buna görə də ilk cümləni yazmaq mənimçün çox çətindir".

Ən çox hansı romanını sevdiyini söyləməkdə çətinlik çəkdiyini bildirən yazıçı bunun ruh halına görə dəyişdiyini qeyd edib.

Pamuk "Qara kitab" romanını yazmağın onun üçün ən ilginc təcrübə olduğunu, amma fəxr etdiyi romanının "Mənim adım qırmızı" olduğunu söyləyib.

O, "Mənim adım qırmızı" romanının Çində yaxşı satıldığı, "Qar" romanının ABŞ-da çox bəyənildiyini, "İstanbul" kitabının isə ən çox İspaniyada satıldığını deyib.

Pamuk tanıdığı və dostu olmaqdan qürur duyduğu yazarın, bu günlərdə dünyasını dəyişmiş Yaşar Kamal olduğunu açıqlayıb. "Yaşar Kamalla siyasət və ədəbiyyat dostluğumuz vardı. Bir də uzun-uzun gəzintilərə çıxardıq. Yaşar Kamal danışar, mən dinləyərdim. Bu qədər çox bilsigi olduğu üçün ona qibtə edərdim".

XS
SM
MD
LG