-
Bakıda Beynəlxalq Poeziya festivalı çərçivəsində “100 dəqiqə şeir” adlı poeziya və musiqi axşamı keçirilib.
“Kapellhaus” Alman-Azərbaycan dostluq mərkəzində düzənlənən tədbiri Azərbaycan Yazıçılar Birliyinin Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzi təşkil edib.
Poeziya axşamına Azərbaycan yazarları ilə bərabər əcnəbi şairlərdən Tom Kontio (Finlandiya), Milisa Yeftimiyeviç-Liliç (Serbiya), Sergey Qlovyuk (Rusiya), Marianna Kiyanovska (Ukrayna), Tatyana Sivets (Belarus), Saodat Muxammadova (Özbəkistan), Kamran Rəsulzadə və Abbasəli Əhmədoğlu (İran) də iştirak ediblər.
Şairlər şeirlərini öz dillərində səsləndirəndən sonra, şeirlərin Azərbaycan şairləri tərəfindən çevirilmiş versiyası səsləndirilib. Tədbirin sonunda Türk şairi Ataol Bəhramoğlu gitara ustası Haluk Çətinin müşayiətilə öz şeirlərini səsləndirib.