Noyabrın 15-i və 16-da Bakıda əmək yarmarkası keçiriləcək. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Baş Məşğulluq İdarəsindən verilən məlumata görə, iki gün davam edəcək yarmarkaya paytaxt və ətraf rayonlarda fəaliyyət göstərən idarə və müəssisələrdən boş iş yerləri çıxarılacaq. Yarmarkaya çıxarılan iş yerləri həm dövlət, həm də özəl müəssisələrə aid olacaq. Yarmarkanın Heydər Əliyev adına İdman və Konsert Kompleksində keçirilməsi nəzərdə tutulub.