Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 20:27

Iran rəsmisi nüvə danışıqlarında ciddi irəliləyiş olduğunu deyir


Javad Zarif
Javad Zarif

Iranın xarici işlır naziri Mohammad Javad Zarif 6 Qərb ölkəsi ilə aparılan nüvə danışıqlarında ciddi irəliləyiş olduğunu, amma bunun hələlik yekun nəticə olmadığını xəbər verir.

O bunu aprelin 2-də bəyan edib.

İsveçrədə İranla aparılan danışıqlarda ABŞ, Rusiya, Çin,Fransa, Böyük Britaniya və Almaniya iştirak edirlər.

Söhbət İranın nüvə proqramını dayandırması və əvəzində ona qarşı beynəlxalq sanksiyaların aradan qaldırılmasından gedir.

Əsas mübahisə İranın nüvə fəaliyyətinə hansı məhdudiyyətlər qoyulması, nüvə ehtiyyatlarının harda saxlanması və məhdudiyyətlərin tədbiqindən sonra sanksiyaların aradan qaldırılmasının vaxtı və şərtləri üstündədir.

Tərəflər martın 31-dək çərçivə sazişi imzalamalı idi, amma danışıqlar razılığa gəlmək üçün 2 gündür ki, uzadılır.

ABŞ Dövlət katibi John Kerry və İranın xarici işlər naziri Javad Zarif ötən gecə bir neçə saat danışıqlar aparıblar.

Qərb hesab edir ki, İran gizlicə nüvə silahı üzərində işləyir.

Tehran ittihamı rədd edir, nüvə proqramının dinc məqsədlər üçün nəzərdə tutulduğunu deyir.

XS
SM
MD
LG