Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 16:56

Bakıda “probka” yox imiş? Yox, Bakı “probka indeksi”ndə yoxdur


Tehran da Bakı kimi dünya nəqliyyat tıxacı reytinqinə düşməyib.
Tehran da Bakı kimi dünya nəqliyyat tıxacı reytinqinə düşməyib.

"Şəhərlərin nəqliyyat tıxacı” indeksində ən sıx “probka”lara görə ilk üç yeri İstanbul, Mexiko və Rio-de-Janeyro şəhərləri tutub.

Avtomobillər üçün GPS naviqasiya-səmtləmə vasitələri istehsal edən Hollandiyanın “TomTom” şirkətinin hazırladığı “şəhərlərin nəqliyyat tıxacı” indeksində ən sıx “probka”lara görə ilk üç yeri İstanbul, Mexiko və Rio-de-Janeyro şəhərləri tutub.

2014-cü ili əhatə edən bu reytinqdə Moskva 4-cü, Rusiyanın ikinci böyük şəhəri Sankt-Peterburq isə 7-ci yerdədir.

Rusiya paytaxtının rəhbərliyi “nəticədən” razıdır. Bundan əvvəlki illərdə Moskva tıxac reytinqinə birincilik edib.

5-6-cı yerləri Braziliyanın Resifi və Salvador şəhərləri tutub. Buxarest, Varşava, Los Anceles də birinci onluğa daxil olublar.

“TomTom” indeksinin müqəddiməsində deyilir ki, reytinqə dünyanın 218 şəhəri daxil edilib. ABŞ, Rusiya, Çin kimi ölkələrin bu siyahıda bir neçə şəhəri olsa da, Bakı da daxil olmaqla keçmiş sovet respublikalarından bu indeksə heç bir şəhər salınmayıb.

İndeksdə London 16, Nyu York 45, Dubay 58-ci yerdədir.

“Antiprobka”

“Castrol” şirkətinin tərtib etdiyi “Magnatec Stop-Start index” reytinqində də Bakı yoxdur.

Bu ilin fevral ayında açıqlanmış bu indeksdə ən sıx nəqliyyata və tıxaclara malik şəhər İndoneziyanın Cakartası olub. İstanbul bu reytinqdə ikinci yeri tutub.

Bu indeksdə sonrakı yerləri Mexiko, Surabaya (İndoneziya), Sankt Peterburq və Moskva tuturlar.

Tıxacın antonimi sürətli küçələr deməkdir. “Antiprobka” siyahısında 1-ci yeri küçələri rəvan axına malik Tampere (Finlandiya) tutub.

İndeks tərtibatçıları yazırlar ki, sürətli və rəvan nəqliyyat axını küçələrin boş olması demək deyil. Sadəcə olaraq belə şəhərlərdə nəqliyyatın hərəkəti daha düzgün təşkil edilib.

Küçələri ilə ən rahat hərəkət edilən şəhərlər bunlardır: Rotterdam (Hollandiya), Bratislava (Slovakiya) və Abu Dabi.

XS
SM
MD
LG