Keçid linkləri

2024, 23 Noyabr, şənbə, Bakı vaxtı 16:00

İmişli sakini intihar edib... yaxınları mərhumun kredit borcları içində boğulduğunu deyirlər


Arxiv fotosu
Arxiv fotosu

İmişli şəhər sakini, 52 yaşlı Rəşid Zalov aprelin 6-da səhər saatlarında atasının Əliqulular kəndindəki evində özünü çardaqdan asaraq intihar edib.

Yaxınlarının bildirdiyinə görə, 2 övlad atası olan mərhum kiçik sahibkar imiş və illər öncə zərərə düşdüyündən bir neçə bankdan kredit götürübmüş. O, son vaxtlar kredit müqavilələri üzrə aylıq ödəniş tapşırıqlarını yerinə yetirə, ayrı-ayrı şəxslərdən aldığı borcu qaytara bilməməyindən boğaza yığıldığını deyirmiş.

Faktla bağlı İmişli rayon prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddədi ilə cinayət işi açılıb.

Mərhumun konkret hansı banklara və nə qədər borclu olması barədə ətraflı məlumat yoxdur. Yerli hüquq-mühafizə orqanları da hələlik hadisə ilə bağlı ətraflı məlumat verməyiblər.

Azərbaycanda ictimai təşkilatlar və media qurumları ölkə əhalisinin böyük hissəsinin bankların yüksək faizlə verdikləri istehlak kreditləri əlində çıxılmaz vəziyyətə düşdüklərini deyirlər.

Hətta müxalifət təmsilçilərindən olan prezidentliyə keçmiş namizəd Cəmil Həsənli tez-tez çıxışlarında bu kreditləri ölkə vətəndaşlarını girov vəziyyətinə gətirdiyini deyir.

Bank rəsmiləri isə media orqanları ilə nadir təmaslarında belə istehlak kreditləri üçün təminat zəif olduğundan faizlərin yüksək olduğunu bildirirlər.

XS
SM
MD
LG