Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 00:05

Meriya piketlərə «yox» dedi


Aksiyaların məqsədi «Azadlıq» qəzetinin yerləşdiyi ünvandan çıxarılmasına etirazdır
Aksiyaların məqsədi «Azadlıq» qəzetinin yerləşdiyi ünvandan çıxarılmasına etirazdır
Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) «Azadlıq» qəzetinin noyabrın 2-də Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin binası qarşısında keçirməyi planlaşdırdığı piketə icazə verməyib. Meriyadan verilən məlumatda bildirilir ki, sözügedən komitə nəqliyyatın sıx hərəkət etdiyi ərazidə yerləşdiyi üçün aksiya əhalinin narahatlığına səbəb ola bilər. BŞİH nəşrə piketi şəhərin müxtəlif rayonlarında mitinq və nümayişlər üçün ayrılmış yerlərdə keçirməyi və bunun üçün də yeni müraciət göndərməyi tövsiyə edir.

Meriya oktyabrın 27-də etiraz aksiyaları üçün Bakıda şəhərin mərkəzindən kənarda bir neçə yer müəyyən edib.


«Azadlıq» qəzetinin direktoru Azər Əhmədov isə bildirir ki, onlar noyabrın 2-də piketlərini keçirməkdə israrlıdırlar: «Bakı Şəhər İcra Hakimiyyətinin özünün ayırdığı yerlərdə aksiya keçirməyi tövsiyə etməsi məntiqsizdir. Biz mitinq, ya da nümayiş keçirməyi planlaşdırmırıq. Etirazımız hansı qurumadırsa, onun da qarşısında aksiya keçirməliyik, paytaxtın hansısa ucqar yerində yox».


Meriya eyni tövsiyəni Azərbaycan Xalq Cəbhəsi Partiyasına da ünvanlayıb. Partiyadan isə deyirlər ki, onlar noybarın 2-də Prezident Aparatının 300 metrliyində piket keçirəcəklər.


Hər iki aksiyanın məqsədi «Azadlıq» qəzetinin yerləşdiyi ünvandan çıxarılmasına dair Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi tərəfindən irəli sürülmüş iddiaya etirazdır.


XS
SM
MD
LG