Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 03:34

Prezident manatdan, dərmanların bahalığından danışıb


İlham Əliyev
İlham Əliyev

-

«Ermənistan sülh istəmir, status-kvonun dəyişilməz qalmasına çalışır, buna görə də münaqişə həll olunmur».

Bunu prezident İlham Əliyev aprelin 10-da Nazirlər Kabinetinin 2015-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına həsr olunan iclasında deyib.

Xəbəri president.az saytı yayıb.

Prezident deyib ki, keçən il həmsədr ölkələrin dövlət başçılarının iştirakı ilə təşkil olunan görüşlərdə Ermənistan hər zaman özünü qeyri-səmimi aparıb. Münaqişənin həllində maraqlı olmayıb, Azərbaycan ərazilərinin işğal altında saxlanmasını davam etdirib:

«Münaqişə Azərbaycanın ərazi bütövlüyü və beynəlxalq hüquq normaları çərçivəsində həll olunmalı, ikili standartlara son qoyulmalıdır».

MANATIN MƏZƏNNƏSİ, DƏRMANLARIN BAHALIĞI...

Prezident çıxışında manatın məzənnəsi ilə bağlı məsələyə də toxunub. Bu sahədə görülən tədbirlərin iqtisadi baxımdan səmərəli olduğunu deyib.

İlham Əliyev ölkədə dərman preparatlarının qiymətinin bahalığından narazılığını bildirib. Vəziyyətin araşdırılıb tədbirlərin görülməsi ilə bağlı Səhiyyə Nazirliyinə tapşırıqlar verib.

NEFTİN UCUZLAŞMASI AZƏRBAYCANIN İNKİŞAFINA TƏSİR ETMƏYİB

Prezident deyib ki, 2015-ci ilin birinci rübünün yekunları müsbətdir, bu dövrdə ümumi daxili məhsul 5 faizdən çox artıb. Son 3 ayda qeyri-neft sektoru 7 faiz, sənaye istehsalı 4 faiz, kənd təsərrüfatı istehsalı isə 3 faizdən çox artıb.

Prezidentin fikrincə, dünyada neftin qiymətinin kəskin şəkildə düşməsi ölkənin ümumi dinamik inkişafına təsir etməyib.

İlham Əliyev ölkədə inflyasiyanın aşağı səviyyədə qaldığını, istehlak bazarına tam nəzarət edildiyini, əhalinin pul gəlirlərinin 5.3 faiz artdığını bildirib. ​

XS
SM
MD
LG