Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 23:50

Beynəlxalq təşkilatlar və diplomatlar Azərbaycana qarşı sanksiyalara çağırırlar


John Kerry
John Kerry

İnsan haqları təşkilatları və keçmiş diplomatlar ABŞ dövlət katibi John Kerry-ni insan haqlarının vəziyyətinə görə, Azərbaycan rəsmilərinə qarşı viza qadağası qoymağa və səhmlərini dondurmağa, həmçinin ticarət sahəsində ABŞ-ın Azərbaycanın dövlət qurumlarına göstərdiyi həvəsləndirici yardımları dayandırmağa çağırıblar.

Məktub müəllifləri dövlət katibinin fundamental insan haqlarına hörmət etməyən Azərbaycan hakimiyyətinə təzyiq göstərməsini istəyirlər.

Məktubda Azadlıq Radiosunun Bakı bürosunun bağlanması, dövlət rəsmilərinin Qərbə qarşı eybəcər kampaniyaya başlaması da vurğulanır.

Məktuba Freedom House təşkilatı da qoşulub. Təşkilat 2014-cü ildə Azərbaycanda 34 hüquq müdafiəçisi, jurnalist, siyasi və ictimai fəalın, məhkum və ya həbs edildiyini bildirir.

İnsan haqları qrupları hesab edirlər ki, bu həbslər Bakıda keçiriləcək Avropa Olimpiya Oyunları ərəfəsində “küçələri təmizləmək” siyasəti ilə bağlıdır”– deyə məktubda bildirilir.

Məktubda qeyd olunur ki, aprelin 9-da isə dövlət ittihamçısı hüquq müdafiəçisi Rəsul Cəfərova 9 il həbs cəzası istəyib.Rəsul Cəfərov bundan əvvəl Bakıda keçirilən “Eurovision” mahnı müsabiqəsi zamanı hökuməti insan haqlarının vəziyyətinə görə sərt tənqid edirdi.

Məktu müəllifləri həbsdə olan ictimai fəalları dərhal azad etməyə və yayımçıların işini bərpasına çağırıblar.

Məktuba imza atanlar arasında ABŞ dövlət katibinin demokratiya və insan haqları üzrə keçmiş köməkçisi Elliott Abrams, Georgetown Universitetindən Jeffrey Gedmin, ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Richard Kauzlarich, AZAD Amerikalı azərbaycanlılar təşkilatından Elmar Şahtaxtinski və Qorxmaz Əsgərov da var.

288 təşkilatın birləşdiyi koalisiya da Azərbaycana qarşı sanksiyalara çağırıb.

Həmçinin daha 288 təşkilat insan haqlarının pozulmasına görə, təşkilat aprelin 13-də Azərbaycan hakimiyyətinə qarşı sanksiyalara çağırıblar.

Onların imza atdıqları məktub, Mədən Sənayesində Şəffaflıq Təşəbbüsü İdarə Heyətinə göndərilib.

Qurum aprelin 14-15-də növbəti iclasında Azərbaycanın MSŞT qarşısında öhdəliklərini necə yerinə yetirməsi müzakirə olunacaq.

MSŞT təbii sərvətlərlə zəngin ölkələrdə açıq ictimai debatlar vasitəsilə daha yaxşı idarəçilik məqsədilə yaradılmış beynəlxalq bir koalisiyadır.

Bu koalisiyanın qaydaları fundamental azadlıqlara hörmət tələb edir. Hazırda MSŞT 48 enerjiylə zəngin ölkəni əhatə edir.

Azərbaycandakı durum İdarə Heyətinin tələbləri və MSŞT prinsipləri üçün bir sınaqdır.

Bu ölkədə MSŞT prosesində iştirak edən müstəqil vətəndaş cəmiyyəti üçün şərtlər 2014-cü ilin fevralından davamlı olaraq pisləşir.

Belə ki, hökumət vətəndaş cəmiyyəti təşkilatlarına qarşı sərt qanunlar qəbul edir və sərt təzyiqlər bu qurumların MSŞT prosesində iştirakını ciddi əngəlləyib.

Bu narahatlıq MSŞT-da müzakirələrə səbəb olub və Azərbaycana fakt-araşdırıcı missiya göndərilib.

MSŞT İdarə Heyəti hökumətikoalisiyanın prinsiplərinə sadiq olduğunu göstərməyə çağırır.

Azərbaycan hakimiyyəti hələlik məsələyə münasibət bildirməyib.

Azərbaycan rəsmilərindən hələlik bu tənqidlərə rəsmi reaksiya yoxdur. Amma ölkə rəhbərliyi ənənəvi olaraq Azərbaycanda vətəndaş cəmiyyəti təşkilatlarına hər hansı təzyiq olmadığını, əksinə, bu yay Bakıda keçiriləcək Avropa Oyunları ərəfəsində ölkənin əsassız tənqidlərə məruz qaldığını deyirlər.

XS
SM
MD
LG