-
«İŞİD və «Əl-Qaidə» kimi qruplaşmalara din adı vermirəm, onlar dindən kənardır».
apa-nın məlumatına görə, bunu İranın Azərbaycandakı səfiri Mohsen Pak-Ayin aprelin 21-də keçirilən mətbuat konfransında deyib.
Onun fikrincə, bu kimi qruplaşmaların arxasında Amerika Birləşmiş Ştatları dayanır:
«Bu kimi radikal qruplar bütün islam dünyası, xüsusən inkişafda olan müsəlman ölkələri üçün böyük təhdiddir. Onlar Suriya və İraqda, indi isə Yəməndə günahsız insanları məhv edirlər. Həmin qruplaşmalar son vaxtlar Əfqanıstanda da müəyyən işlər görməyə cəhd edirlər. Onlar ABŞ və Qərb ölkələrinin canişini olaraq müsəlman ölkələrini viran qoyurlar».
Səfir qeyd edib ki, islam ölkələrində baş verənlər şiə-sünni davasına aid edilə bilməz:
«İslam dünyasının şiə və sünni məzhəbləri bu kimi terror əməllərinə qarşı çıxıblar. İslam dini sülh dinidir və terrorizmin, kobudluğun əleyhinədir».
M.Pak-Ayin-in dediyinə görə, İŞİD üzvlərinin əksəriyyəti Avropadan gəlib Suriya və İraqda döyüşürlər.