Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 19:08

Hakimiyyətin «otel maxinasiyası»


Foto illüstrasiya
Foto illüstrasiya

-

«Azadlıq» qəzeti sual edir: «Görəsən, Azərbaycandakı otellər niyə marketlərdən az qazanır? Bəs, ölkəyə turist axını barədə deyilənlər həqiqətdirmi?».

Qəzet yazır ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, otellərin illik mənfəəti 34 milyon manata yaxındır (33.9 milyon). Elə bu məlumatda da deyilir ki, Azərbaycanda 535 otel və otel tipli obyekt var: «Otellərin illik mənfəəti toplam 34 milyon manata yaxındırsa, o zaman orta hesabla bir otelin illik qazancı 63 min 551 manat edir. Bu məbləği aya və günlərə böldükdə, aya 5 min 295, günə isə 176 manat düşür. Beləliklə, aydın olur ki, Azərbaycanda fəaliyyət göstərən otellər bir orta həcmli marketdən az qazanır».

«Azadlıq» ölkəyə gələn turistlərlə bağlı da qısa araşdırma aparıb: «Bir müddət əvvəl Mədəniyyət və Turizm Nazirliyi ötən il ölkəyə 2 milyon 297 min 805 nəfər əcnəbinin gəldiyini açıqlamışdı. Dövlət Statistika Komitəsinin məlumatında isə deyilir ki, 2014-cü ildə otellərə yerləşdirmə ilə bağlı 672.3 min nəfər müraciət edib. Bəs yerdə qalan küçədə gecələyib? Mədəniyyət və Turizm Nazirliyinin açıqladığı rəqəm həqiqətdirsə, deməli, otelləri gəlirləri gizlədilir. Əks təqdirdə isə aydın olur ki, rəsmi təbliğat, sadəcə, nağıldan başqa bir şey deyil».

İlham Əliyev nəşriyyatda
İlham Əliyev nəşriyyatda

KORRUPSIYA ÇAMURUNA BULAŞANLAR

«Azərbaycan» qəzeti yazır ki, gah Azərbaycanda insan haqlarının pozulduğunu, gah küçə heyvanlarına qarşı arzuolunmaz tədbirlərin həyata keçirildiyini uyduran bəzi Qərb dairələri son günlər guya korrupsiyaya qarşı mübarizə sahəsində Azərbaycanın zəif fəaliyyət göstərdiyini ortaya atıblar.

Qəzet yazır ki, Azərbaycanı korrupsiyada günahlandıran Avropa ölkələri öhdəsindən gələ bilmədikləri məsələləri ört-basdır etmək üçün Azərbaycanı hədəf seçib istiqaməti dəyişməyə çalışırlar:

«Həmin siyasi dairələr, bəzi böyük biznes strukturları əldə etdikləri gəlirləri qeyri-leqal yollarla təmin etdikləri üçün Azərbaycanın tutduğu yolu bəyənmirlər və buna görə də müxtəlif çirkin kampaniyalar həyata keçirməyə çalışırlar. Hansısa korrupsiyalaşmış bir qüvvə Azərbaycanı yolundan döndərə bilməz. Azərbaycan demokratiya yolunda inamla addımlayır və ölkəmizdə söz azadlığı, insan haqları yüksək səviyyədə qorunur».

Poliuretan örtüklər
Poliuretan örtüklər

BİNALARA VURULMUŞ POLİURETAN ÖRTÜKLƏR SÖKÜLÜR

«Bizim Yol» qəzeti yazır ki, nəhayət, aidiyyəti qurumlar poliuretanın təhlükəli olduğunu etiraf edib. Qərarı hələlik ictimailəşdirməsələr də, Nobel prospektində təmirdə olan binaların birinci mərtəbəsində fasadlardan poliuretan üzlüklərin sökülməsinə start verilib:

«Fəhlələr bunu təsdiqlədilər. Göstərişin rəsmi səviyyədə olduğunu söylədilər. Üzlüklərin kəsilib çıxarıldığının da şahidi olduq. Digər mərtəbələrdə poliuretan üzlüklər olduğu kimi qalacaq. Qalxıb xalqa «poliuretan sizin həyatınız üçün təhlükəlidir» deməsələr də, materialın birinci mərtəbələrdən sökülməsi onun təhlükəli olduğunu təsdiqləyən ən böyük etirafdır».

Qəzet yazır ki, şəhər meriyasının binaların qarşısında yerləşdirdiyi «Binaların fasadları və dam örtüklərində təmir-bərpa işləri Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən aparılır» lövhələri də yığışdırılıb.

XS
SM
MD
LG