Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 16:30

İntiqam Əliyevə hökm oxuyan hakim infoqrafikada


.

Hüquq Maarifçiliyi Cəmiyyətinin rəhbəri İntiqam Əliyev 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Bu hökm Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rasim Sadıxov tərəfindən aprelin 22-də çıxarılıb.

Hakim onu da deyib ki, İntiqam Əliyev Avropa İnsan Haqları Məhkəməsinə 100 iş göndərib. Ancaq onların heç birində qaçqın və məcburi köçkünlərin problemləri öz əksini tapmayıb.

İntiqam Əliyev son sözlə çıxışında deyib ki, həbsi siyasi sifarişdir, cinayət işi isə tamamilə saxtadır.

İntiqam Əliyevə hökm çıxarmış hakim haqqında ətraflı aşağıdakı infoqrafikada:

İntiqam Əliyev keçən il avqustun 8-də həbs olunub. O, vergidən yayınma, vəzifə səlahiyyətlərindən sui-istifadə, qanunsuz sahibkarlıq, mənimsəmə və israf etmədə ittiham olunur. Dövlət ittihamçısı İntiqam Əliyevin 10 il azadlıqdan məhrum edilməsini tələb etmişdi.

Yerli və beynəlxalq hüquq müdafiəçiləri İntiqam Əliyevin həbsini siyasi sifariş hesab edir.

Beynəlxalq hüquq müdafiə təşkilatı «Amnesty International» İntiqam Əliyevi «vicdan məhbusu» elan edib.​

XS
SM
MD
LG