-
Ədliyyə Nazirliyinin Penitensiar Xidməti Müsavat Partiyası başqanının həbsdə olan müavini Tofiq Yaqublunun müvəqqəti olaraq azadlığa buraxılmasına icazə verib.
Bunu vəkil Nemət Kərimli deyib. O bildirib ki, Penitensiar Xidmət Tofiq Yaqublunun 7 gün müddətinə azadlığa buraxılmasına icazə verib. Vəkil hazırda sənədləşmə işlərinin aparıldığını və yaxın vaxtlarda T. Yaqublunun buraxılacağını söyləyib.
T.Yaqublunun qızı Nərgiz Yaqublu aprelin 23-də Rusiyanın Tomsk şəhərində dünyasını dəyişib. Onun hepatit xəstəliyindən əziyyət çəkdiyi və bir neçə gün əvvəl komaya düşdüyü bildirilir. N.Yaqublunun cənazəsi sabah Bakıya gətiriləcək.
Tofiq Yaqublu 2013-cü il yanvarın 23-də İsmayıllı şəhərində baş vermiş hadisələrlə bağlı həbs olunub və Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 5 il azadlıqdan məhrum edilib. O, cəzasını 13 saylı cəzaçəkmə müəssisəsində çəkir.