-
Qalib Şəfahət
ÜMİDSİZ QALDIQ
Yol vermədik,
yola vedik bir-birimizi.
Yollarda azdıq,
çatanmadıq son mənzilə,
elə yollarda qaldıq.
Ümidlər kiflənmişdi,
yelə verdik,
yel apardı.
Arzular köhnəlmişdi,
çölə atdıq,
şimşək çaxdı,
yağış yağdı,
sel apardı.
Bizim eşqə əl uzandı,
kəsəmmədik
əl apardı.
Bir sən qaldın,
birdə ki, mən
ümidsiz, arzusuz, eşqsiz.
Olmuşuq bir-birimizə
gərəksiz,
istəksiz.
10.05.15
SEVGI NAĞILI
Könlünə alma düşmüşdü,
sevgilim.
Alma nağlın sonunda düşür.
Sən lap əvvəlində
yedin almanı,
nağılmızın.
Axı bizim sevgi nağılımız
qurtarmamışdı.
Dözmədin,
səbrin tükənmişdi,
hələ, sevgimiz bitməmiş .
Alma düşmədi,
nağılmızın sonunda.
Daş düşdü,
sevgimizin başından.