-
Nyu-Yorkda keçirilən “Christie's” hərracında məşhur ispan rəssamı Pablo Pikassonun "Əlcəzairli qadınlar" adlı əsəri rekord qiymətə - 179 milyon dollara satılıb.
AzərTAc xəbər verir ki, bu, indiyədək auksionlarda ən baha qiymətə satılan rəsm əsəridir.
Pikasso kubizm stilinə aid olan bu əsəri 1955-ci ildə çəkib və Henri Matissenın xatirəsinə həsr edib.
Əsərin ilkin qiyməti 140 milyon dollar olub.