-
Lənkəran ərazisində olan Buladiçayın üstündə, uzunluğu 50 metr olan körpü uçub.
Ələt-Astara magistral yolu bu körpüdən keçir. Nəqliyyat vasitələri Lənkəran-Buradigah-Masallı yolundan istifadə edirlər. Körpünün yaxınlığında alternativ yol çəkilir. Verilən məlumata görə, yol günün sonuna kimi hazır olacaq.
Körpü 5 ildir ki, istifadəyə verilib və bir dəfə də olsun təmir olunmayıb.