Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 07:43

Rəqabət Məcəlləsi hazırlanır


İqtisadi İnkişaf naziri Heydər Babayev
İqtisadi İnkişaf naziri Heydər Babayev

Bazarlarda meyvə-tərəvəz və digər məhsulların, eləcə də tikinti materiallarının, xüsusilə də sementin qiymətinin süni şəkildə artırılmasına qarşı qəti tədbirlər görülür.


Bunu noyabrın 7-də parlamentdə gələn ilin dövlət büdcəsi müzakirə olunarkən İqtisadi İnkişaf naziri Heydər Babayev deyib. Onun sözlərinə görə, hazırda İqtisadi İnkişaf Nazirliyi tərəfindən əmtəə bazarlarında rəqabətin vəziyyəti araşdırılır, antiinhisar qanunvericiliyin pozulması faktları aydınlaşdırılır, onların aradan qaldırılması və təqsirkar şəxslərin cəzalandırılması üçün tədbirlər həyata keçirilir: «Ölkənin əmtəə və maliyyə xidmətləri bazarlarında inhisarçı müəssisələrin öz hökmran mövqelərindən sui-istifadə hallarının və haqsız rəqabətin qarşısının alınması, məhdudlaşdırılması və aradan qaldırılmasının qanunvericilik bazasının təkmilləşdirilməsi məqsədilə Azərbaycan Respublikasının Rəqabət Məcəlləsinin layihəsi hazırlanıb Milli Məclisə verilib».


Nazir bildirib ki, təbii inhisarların istehsal etdikləri məhsulların və göstərdikləri xidmətlərin qiymətlərinin dövlət tərəfindən sahələr üzrə tarazlıq şəklində tənzimlənməsi məqsədilə Tarif Şurası müxtəlif sahələrlə bağlı cari ildə 16 qərar qəbul edib.


Bu tədbirlər gələn ildə də davam etdiriləcək.


Bu yaxınlarda prezident İlham Əliyev keçirdiyi müşavirədə bazarlarda qiymətlərin sürətlə artmasının təsadüfi olmadığını və bunun arxasında konkret şəxslərin dayandığını demişdi. Ölkə başçısı müvafiq orqanlara vəziyyətin normallaşması üçün lazımi addımlar atılmasını tapşırsa da, hələ ki, qiymətlər artmaqda davam edir.


XS
SM
MD
LG