Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 14:11

AzadlıqLive - Azərbaycan sammiti gərginlikdə saxladı

AzadliqRadiosunun gündəlik TV proqramı hər gün Bakı vaxtı ilə saat 22-də günün əsas hadisələri xəbərlər, reportaj və müsahibələrdə AzadliqRadiosu.TV kanalında və internetdə

18:53 22.5.2015

Martin Schultz sammitdə Azərbaycanla bağlı yaranan gərginliyin səbəblərini açıqlayır

Avropa Parlamentinin prezidenti Martin Schultz Riqa Sammitində Azərbaycanla bağlı yaranan gərginliyə münasibət bildirib. O deyib ki, Azərbaycan tərəfinin əsas iradı odur ki, Avropa Dağlıq Qarabağ münaqişəsinin həllində Ukraynadakı qədər dəstək deyil:

"Dağlıq Qarabağ" dondurulmuş münaqişədir. Ukyranda da baş verənlərsə, yox. Ukraynada baş verənləri izah etmək asandır. Rusiya beynəlxalq qanunları pozub və Krımın ilhaqı ilə beynəlxalq qanunları pozub. Əlbəttə ki, Dağlıq Qarabağ münaqişəsi hər birimizin problemidir və bizlər bu münaqişənin həllini istəyirik".

Martin Schultz əlavə edib ki, Azərbaycan tərəfi yekun bəyənnaməyə bununla bağlı iradları olub. Avropa Parlamentinin prezidenti bu iradlarla elə də razılaşmadığını söyləyib:

"Avropa Parlamentinin prezidenti kimi Azərbaycanın daxili vəziyyəti, demokratiyanın durumu, siyasi məhbuslar məsələsi ilə bağlı öz fikirlərimi bildirmişəm. Amma düşünürəm ki, biz danışıqları davam etdirməliyik. Təcrübəmə əsaslanaraq deyə bilərəm ki, kimlər ki, bir-biri ilə danışır, müzakirələri aparırsa, onda nələrisə dəyişmək mümkündür".

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Xarici əlaqələr şöbəsinin müdiri, Norvuz Məmmədov isə bildirib ki, Schultz Azərbaycana sataşmaq üçün bəhanə axtarır:

"Görünür, onun beynində ancaq Azərbaycan var. Riqa Sammiti tərəfdaş ölkələrinin əməkdaşlıqlarının indiki vəziyyəti və problemlərin müzakirəsi idi. Bizim də Avropa İttiffaqı ilə əməkdaşlığımız da müəyyən sözümüz, mövqeyimiz var idi".

Azərbaycan tərəfinin əsas iradı odur ki, Avropa İttifaqı Qağlıq Qarabağ münaqişəsinin həllinə fərqli yanaşılır.

17:15 22.5.2015

Elmar Məmmədyarov Riqa sammitində yekun deklarasiyanın müzakirəsini yarımçıq tərk edib, amma deklarasiyanı imzaladı

Azadlıq Radiosu müxbirinin Riqadan verdiyi xəbərə görə, Riga sammitində Azərbaycan nümayəndə heyyətinin rəhbəri Xarici İşlər Naziri Elmar Məmmədyarovun yekun deklarasiyanın müzakirəsi ilə bağlı görüşü yarımçıq tərk etdiyi bildirilir. Sammitdə çıxışında Məmmədyarov sənədin mətni ilə razı olmadığını söyləyib. O, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı hissəyə narazılıq edib. Sammitdə Azərbaycan və Ermənistan tərəfləri münaqişənin həll olunmamasında bir-birlərini günahlandırıblar.

T​ədbirdən sonra Ermənistan Xarici İşlər Naziri Eduard Nalbandyan AzadlıqRadiosunun erməni xidmətinə bildirib ki, Azərbaycanlı həmkarı yekun sənədlə razı olmayıb deyə, görüşü yarımçıq tərk edib.

Daha sonra Azərbaycanın Avropa İttifaqının «Şərq Tərəfdaşlığı» sammitinin yekun Riqa bəyannaməsinə qoşulduğu bildirildi. Azərbaycan Xarici İşlər Nazirliyi mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib ki, «Amma iclasda da qeyd olundu ki, Azərbaycan Respublikasının yekun bəyannamə ilə əlaqədar öz qeyd-şərtləri var».

Azərbaycan Prezidenti Administrasiyasının Xarici əlaqələr şöbəsinin müdiri Norvuz MəmmədovAzərbaycanın iradlarını belə açıqlayıb:«Əsas iradlarımız odur ki, biz bu bəyannamənin ruhunu Avropa İttifaqı ilə Azərbaycanın əməkdaşlığına uyğun görmürük».

O, Riqa sammitində Azərbaycan tərəfi ilə bağlı yaranan gərginliyi məhz bəyannəmənin mətni ilə izah edib:"«Konkret hansı hissələrlə bağlı iradlarımız olduğunu indi açıqlamaq istəmirəm."

16:16 22.5.2015

11 yaşlı oğlan kollec məzunu olub

11 yaşlı oğlan kolleci 3 diplomla başa vurub. ABŞ-ın Sakramento şəhərində Tanishq Abrahamın aldığı 3 diplom riyaziyyat və fizika, ümumi elmlər və xarici dillərə aiddir. O,mərasimdən sonra deyib ki, öyrənmək onun xoşuna gəlir.

Tanishq Stanford Universitetinə daxil olmağı və həkim olmağı arzulayır.

Videoda o vaxt 9 yaşı olan Tanishq Abraham ABŞ-ın NASA kosmik tədqiqatlar agentliyində elmi məruzə edir

15:17 22.5.2015

Hacıbala Abutalıbov: "Vəzifəyə prezident təyin edir, o da çıxarır"

Azadlıq Radiosu Bakı meri Hacıbala Abutalıbovla söhbət edib.

Bir sual belə olub: "Sosial şəbəkələrdə yazırlar ki, bu hadisədən sonra Hacıbala Abutalıbov istefa verməli idi. Elə bəzi ölkələrdə də bu cür vəziyyətlərdə cavabdeh şəxslər istefa verir. Siz necə düşünürsüz?

Hacıbala Abutalıbov: " Vəzifəyə prezident təyin edir, o da çıxarır. Əgər istintaq müəyyənləşdirsə ki, hər hansı məmur günahkardır, istefadan söhbət gedə bilməz. Onun yeri zindan olacaq."

Ətraflı AzadlıqLive-da

Davamı

XS
SM
MD
LG