Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 14:28

AzadlıqLive - Azərbaycan sammiti gərginlikdə saxladı

AzadliqRadiosunun gündəlik TV proqramı hər gün Bakı vaxtı ilə saat 22-də günün əsas hadisələri xəbərlər, reportaj və müsahibələrdə AzadliqRadiosu.TV kanalında və internetdə

13:11 21.5.2015

Qalınlığı 1 mm olan televizor

LG şirkəti OLED texnologiyası ilə hazırlanmış, qalınlığı 1 mm-dən az olan televizoru nümayiş etdirib. Bu barədə «The Korea Times» yazır.

Qurğu Seulda keçirilmiş sənaye sərgisində təqdim edilib. 55-düyməlik cihazın qalınlığı 0.97 mm, çəkisi 1,9 kq-dır.

Modelin kütləvi istehsalına nə vaxt başlanılacağı açıqlanmayıb.

13:05 21.5.2015

Elnur Hüseynov bu gün Eurovision səhnəsinə çıxır

Bu mərhələdən sonra Azərbaycanın finala çıxıb-çıxmaması məlum olacaq

Mayın 21-də Azərbaycanı “Eurovision 2015” manhı yarışmasında təmsil edən Elnur Hüseynov ikinci yarımfinal mərhələsində səhnəyə çıxacaq.

Elnur Hüseynov “Hour of the Wolf” mahnısını ifa edəcək.

İkinci yarımfinalda ölkələr bu ardıcıllıqla çıxış edəcək: Litva, İrlandiya, San Marino, Monteneqro, Malta, Norveç, Portuqaliya, Çex Respublikası, İsrail, Latviya, Azərbaycan, İslandiya, İsveç, İsveçrə, Kipr, Sloveniya və Polşa.

Mayın 19-da keçirilən ilk yarımfinal mərhələsində 15 ölkənin təmsilçisi çıxış etmişdi. Səsvermədən sonra isə Albaniya, Ermənistan, Rusiya, Ruminiya, Macarıstan, Yunanıstan, Estoniya, Gürcüstan, Serbiya, Belçika final mərhələsinə keçib.

Ölkələrin finaldakı iştirak ardıcıllığı isə yarımfinalların nəticəsi məlum olandan sonra müəyyənləşəcək.

Müsabiqəyə ev sahibliyi edəcək Avstriya təşkilatçıların qərarına görə, finalda 14-cü çıxış edəcək.

Final mayın 23-də baş tutacaq.

13:04 21.5.2015

Aslan İsmayılov: "metallurgiya sahəsi Ramiz Mehdiyevin oğlunun dostu olan Rasim Məmmədovun inhisarındadır"

Hüquqşünas Aslan İsmayılovun yanğınla əlaqədar yaradılan Dövlət Komissiyasının ilk iclası haqda fikirlərini «Azadlıq» qəzeti dərc edib. Aslan İsmayılov bildirir ki, «prezidentdən sonra Azərbaycanda ikinci şəxsin Ramiz Mehdiyev olduğu heç kimdə şübhə doğurmur. Ramiz Mehdiyev iclasda iştirak etmirdi. Bu, ola bilsin, onun sağlamlığı ilə bağlıdır. Hərçənd ki, akademikin bu günlərdə iş başında olduğunu TV-lər nümayiş etdirmişdilər. Bundan əlavə haqqın.az saytının baş redaktoru Eynulla Fətullayevin Ramiz Mehdiyevin kürəkəni, Milli Məclisin deputatı İlham Əliyevə verdiyi sualda o, dünən rəhbəri həbs olunmuş «Global Stone» şirkətinə bilavasitə aidiyyatı olduğunu etiraf etmişdi. Hərçənd ki, bir neçə dəqiqə bundan əvvəl həmin məlumat saytdan çıxarıldı. Bundan başqa, bu günə qədər səsini eşitmədiyimiz deputat İlham Əliyev bu gün çıxış etdi və baş vermiş hadisəni dolayısı ilə təxribat adlandırdı. Nəzərə alsaq ki, metallurgiya sahəsi Ramiz Mehdiyevin oğlunun dostu olan Rasim Məmmədovun inhisarındadır, bu təmirlərdə dəyəri heç də üzlük materiallarından az olmayan metal məmulatlardan istifadə edilmişdir, məntiqi sonuc öz yerini tutur». AzadlıqLive-da

12:56 21.5.2015

FHN Bakıdakı üzlənmiş 263 binanın mühafizəsini təklif edir

Fövqəladə Hallar Nazirliyi Xətai rayonunda baş vermiş hadisədən sonra üzlənmiş bütün binaları araşdırıb.

Fövqəladə hallar naziri Kəmaləddin Heydərov yanan bina ilə bağlı mayın 20-də keçirilmiş Dövlət Komissiyasının iclasında deyib ki, FHN əməkdaşları şəhərin bir çox yerində növbətçilik qurub.

Nazir prezidentə deyib ki, “gecə-gündüz - 24 saatlıq həm bizim Mülki Müdafiə Qoşunlarının, Xüsusi Riskli Xilasetmə Xidmətinin, həm də Dövlət Yanğın Nəzarəti Xidmətinin əməkdaşlarının və yanğınsöndürənlərin iştirakı ilə təxminən 150 binanı mühafizə etmişik. Siz rəva bilirsinizsə, biz növbətçiliyi,- bu qəbildən olan 263 bina var, - onların fasadlarının üzlüyü sökülməmişdən qabaq təmin edək və bütün yanğınsöndürən maşınları bir dəqiqəlik məsafələrdə yerləşdirək”.

Davamı

XS
SM
MD
LG