Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 05:20

AzadlıqLive - Azərbaycan sammiti gərginlikdə saxladı

AzadliqRadiosunun gündəlik TV proqramı hər gün Bakı vaxtı ilə saat 22-də günün əsas hadisələri xəbərlər, reportaj və müsahibələrdə AzadliqRadiosu.TV kanalında və internetdə

17:06 19.5.2015

Əli Həsənov: "Üzlük məsələsi araşdırılacaq. Pozuntuya yol verənlər ciddi cəzalanacaq"

Prezidentin köməkçisi Əli Həsənov deyib ki, Azərbaycan prezidenti İlham Əliyev Xətai və Binəqədi rayonlarında iki yaşayış binasında baş vermiş yanğının səbəblərinin bütün təfərrüatları ilə araşdırılması üçün xüsusi komissiyanın yaradılması barədə göstəriş verib. Həmçinin yanğına məruz qalmış üzlük materialların istehsalına uyğunluq serifikatının verilməsi, onlardan yaşayış binalarında üzlük kimi istifadə edilməsi, bu halda təhlükəsizlik normalarına riayət olunub-olunmaması məsələləri də araşdırılacaq, pozuntuya yol vermiş qurumlar və şəxslər ciddi şəkildə cəzalandırılacaq. Həmin materiallarla üzlənmiş binalarla bağlı müvafiq tədbirlər görüləcək.

17:24 19.5.2015

Üslükləri istehsal edən şirkətin rəhbəri tutuldu

"Qulluq mənafeyi tələb etdiyi halda səlahiyyətlərindən istifadə etməyən və istehsal etdiyi keyfiyyətsiz üzlüklərlə həmin binada fasadlama işləri aparmış “Global Construction” şirkətinin rəhbəri Miryusif Mahmudov iş üzrə şübhəli şəxs qismində tutulub. "

APA-nın xəbərinə görə, Baş prokurorluq , Daxili İşlər və Fövqəladə Hallar nazirliklərinin birgə məlumatında belə deyilir.

"Həyata keçirilən istintaq və əməliyyat-axtarış tədbirləri Azərbaycan Respublikası Prezidentinin nəzarətindədir."

19:14 19.5.2015

"Oyunlar öncəsi Avropaya müasir görünmək istəyirlər"- Qrafiti rəssamı belə deyir

“ Divara rəsm çəkməyə qanunla qadağa qoyublar, Oyunlar öncəsi Avropaya müasir görünmək üçün indi özləri divarları boyayır. Əgər qadağandırsa, niyə özünüz çəkirsiz? Əslində bunların çəkdiklər heç qraffiti də deyil. Bunlar saxta rəsmlərdir, əsl qraffitini biz çəkirik. Avropalılar əsl qrafitini yaxşı tanıyırlar, onları aldatmaq olmaz”.

Bunu Bakıda qraffitiçiliklə məşğul olan komandanın üzvü Yunis Krılov deyir.

Avropa oyunları öncəsi ‎Bakıda mərkəzəşdirilmiş şəkildə ‪Street Art - küçə mədəniyyəti nümunələrinin yaradılmasına başlanıb. Rəssamlarda ibarət qruplar qaldırıcı kranlardan istifadə edərək şəhərin müxtəlif yerlərində, divarlara müxtəlif məna verən rəsmlər çəkirlər. Bu mədəniyyət nümunəsinin digər adı Qraffiti-dir, Avropada geniş yayılıb. Azərbaycanda qanunla qadağandır və xuliqanlıq sayılır.

Yunis Krılov deyir ki, Avropa Oyunları öncəsi qanunla qadağan olunun üsuldan istifadə etməklə divarları bəzəməkdə hökumətin məqsədi gözdən pərdə asmaqdır. O deyir ki, 8 ildir bu işlə məşğul olur: “Bunu etmək üçün azad ruhun olmalıdır." AzadlıqLive-da

19:41 19.5.2015

“Nobel prospektindəki yanğın dərs olmadımı?”

“Ondan sonra gərək dərhal üzlük vurulan binalarla bağlı tədbir görəydilər. Siz bircə görəydiz, bina necə alışdı”, - hadisənin şahidi Elmar deyir.

“Bu yaxınlarda yaşadığım binada qonşu blokda yanğın oldu. İki yanğınsöndürən gəlmişdi, yarım saatdan çox alovu söndürməyə çalışdılar. Alov yalnız qonşu mərtəbənin divarlarını qaraltmışdı. Bəs bu yekəlikdə bina birdən-birə necə alışa bilər?”,- adını Aydın söyləyən Bakı sakini AzadıqRadiosuna bildirir.

Ətrafa yığışmış adamlar alovun belə sürət almasını binanın üzlüyünə bağlayırlar. Elə hadisə yerinə gələn baş prokuror Zakir Qaralov da yanğına ilkin səbəb kimi keyfiyyətsiz divar üzlüklərini göstərib. Prezident Adminstrasiyasının şöbə müdiri Əli Həsənov verdiyi açıqlamasında deyib ki, üzlüklərin keyfiyyətini araşdıracaqlar. AzadlıqLive-da

Davamı

XS
SM
MD
LG