Keçid linkləri

2024, 26 Dekabr, Cümə axşamı, Bakı vaxtı 10:13

«Skype» tanışlıqları, Suriya, «Cəbhətul əl-Nüsra»…


Foto illüstrasiya
Foto illüstrasiya

-

Mayın 18-də Bakı Ağır Cinayətlər Məhkəməsində Suriyada Bashar Assad-a qarşı vuruşmaqda təqsirli bilinən Hüseyn MəmmədovNicat Abbasovun mühakiməsi davam edib. İclasda dövlət ittihamçısı çıxış edib və müttəhimlərin hər birinə 15 illik həbs cəzası istəyib.

Prokuror çıxışını belə əsaslandırıb ki, məhkəmə hər iki təqsirləndirilənin cinayətini sübuta yetirib.

Prokuror çıxışında bildirib ki, Nicat Abbasovla Hüseyn Məmmədovun terror təşkilatı kimi tanınan «Cəbhətul əl-Nüsra» və «Cundullah Şam Dəvəti İbrahim» adlı silahlı birləşmələrin tərkibində iştirakı məhkəmə yolu ilə sübuta yetirilib.

Hüseyn Məmmədov ifadəsində göstərib ki, 11 ildir ibadətlə məşğuldur və Suriyaya da müsəlman qardaşlarına kömək etmək üçün gedib. O, əməllərini cinayət hesab etmir və düşünür ki, «hər bir müsəlman qardaş belə addım atmalıdır».

Nicat Abbasov da özünü təqsirli bilməyib. «Skype»la tanış olduğu şəxslərin vasitəsilə Suriyaya gedərək tərkibi azərbaycanlılardan ibarət olan «Cundullah Şam Dəvəti İbrahim» adlı silahlı dəstəyə qoşulduğunu etiraf edib. O, bu addımı «müsəlman qardaşlara kömək» adlandırıb.

Məhkəmə iclası mayın 22-də davam etdiriləcək.

XS
SM
MD
LG